25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın məşqçisi: "Çelsi"yə 0:6 hesabı ilə uduzsaq da..."

"Qarabağ itirilməyib, klubun qəlbindədir. Qarabağdakı müharibə kluba böyük təsir edib”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles deyib.

İspaniyalı məşqçi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bu gün keçiriləcək oyunla bağlı ölkəsinin "larazon.es" nəşrinə açıqlama verib.

O, əvvəlcə "Qarabağ"ın tarixi haqda danışıb: "İki futbolçumuz və vaxtilə "Qarabağ"da futbolçu kimi çıxış etmiş məşqçimiz də müharibə bölgəsindəndir. Futbolçumuz Qara Qarayev məcburi köçkün düşərgəsində böyüyüb. “Qarabağ” rəhbərliyi ildə 1 dəfə mərasim təşkil edərək, veteranlarla görüşür. Çempionat oyunlarında Tofiq Bəhramov stadionunda banner açılır. Həmin bannerdə “Qarabağ”ın keçmiş baş məşqçisi, müharibə zamanı şəhid olmuş, milli qəhrəman Allahverdi Bağırovun şəkli yer alıb. Hazırda işğal altında olan şəhəri təsəvvür etmək çox çətindir. Ümid edirəm ki, klub qısa müddətdən sonra yenidən doğma məkana qayıdar”.

Selles "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını Azərbaycan üçün tarixi hadisə adlandırıb:  “Çelsi”, “Roma” və “Atletiko” bizim üçün çox təhlükəli komandalardı. Londonda 0:6 hesabı ilə uduzsaq da, “Roma” ilə evdəki qarşılaşmada minimal hesabla məğlub olduq. Sona qədər mübarizə aparıb, rəqibi təzyiqdə saxlaya bildik. “Atletiko” ilə matçda da oyun üslubumuza sadiq qalacağıq. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30