29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi" üçün əla püşk

İsvçərənin Nyon şəhərində bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Futbolxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə turnirdəki təmsilçimiz "Neftçi" də potensial rəqibi müəyyənləşəcək. Təmsilçimiz "səpələnməmişlər" arasında yer alacaq. "Skenderbeu"nu mübarizədən kənarlaşdıracağı halda, "Neftçi" III mərhələ yüksəlməklə yanaşı, həm də ən azından Avroliqanın play-off mərhələsində mübarizə aparmaq imkanı qazanacaq.

III təsnifat mərhələsinin oyunları 30-31 iyul və 6-7 avqust tarixlərində keçiriləcək.

***
 
"Neftçi"nin 5 potensial rəqibi artıq məlumdur: 
 
“Austriya” (Vyana, Avstriya)
BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi

***

"Neftçi"nin rəqibi müəyyənləşdi. Çempionumuz III mərhələyə adlayacağı halda, BATE (Belarus) - "Şaxtyor" (Qazaxıstan) cütünün qalibi ilə görüşəcək. Belarusda baş tutan ilk matçda Qazaxıstan çempionu 1:0 hesabı ilə qalib gəlib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31