25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimiz qrup sonuncusu oldu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması çıxışını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, İrlandiyada keçirilən seçmə mərhələdə millimiz qrupdakı son oyununda Kiprlə üz-üzə gəlib. İkinci hissədə qapımıza təyin edilən 2 penaltidən maksimum yararlanan Kipr yığması 2:0 hesabı ilə önə keçib. Millimizin gücü yalnız 90+1-ci dəqiqədə Bahadır Həziyevin sayəsində təsəlli qolu vurmağa çatıb.

Bununla da U-19 seçmə mərhələni 1 xalla başa vurub. İlk turda İrlandiya ilə qolsuz bərabərliyə razılaşan millimiz əvvəlki görüşündə də Serbiyaya 1:4 hesabı ilə uduzmuşdu.

Qrupdakı digər matçda İrlandiya Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Bununla da irlandlar 7 xalla qrup qalibi olublar. Serbiya 6 xalla ikinci, Kipr isə 3 xalla üçüncü yeri tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30