19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Rəvan" "Bakı"nın qənimi ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir. Futbolxeber.az-ın məlumatına görə, gündə 2 dəfə məşq edən komandada bu qrafik yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda "Aluminiy” ilə 1:1 oynayan "Rəvan” sabah ikinci hazırlıq matçını keçirəcək.

Xəbər verdiyimiz kimi, minimum 3 oyunun keçirilməsi dəqiqləşmişdi. Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və "Rəvan" sabah Sloveniya toplanışı ərzində ikinci oyununu keçirəcək. Rəqib isə Serbiya Superliqasının təmsilçisi "Donyi Srem” olacaq.

1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donyi Srem” həm də feyr-pley mükafatının sahibi olub.

Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.

Əlavə edək ki, "Donyi Srem” bir neçə gün əvvəl "Bakı"ya 4:1 hesabı ilə qalib gəlib. 


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30