25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov: “Qorxaq futbol olmayacaq”

"Almaniyanın çox güclü komanda olduğu hamıya aydındır. Bu komanda qrupumuzun qalibi kimi DÇ-2018-ə vəsiqə qazanıb. Biz ilk oyundan başlayaraq, heç bir rəqibdən qorxmamışıq, açıq futbol oynamışıq, mübarizə aparmışıq. Sabahkı oyunda da belə olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov səfərdə Almaniya yığmasına qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi qeyd edib ki, 9 tur ərzində yığmamız potensialına uyğun xal toplaya bilməyib: "Özümüzdən, komandamızdan bundan çoxunu gözləyirdik. Amma alınmadı. Çexiya ilə Bakıdakı oyunda da nəticə ürəkaçan olmadı. Bu məğlubiyyət bizi hardasa ruhdan saldı".

Hüseynov Almaniya millisinə qarşı qorxaq futbol nümayiş etdirməyəcəklərini vurğulayıb: "Qorxaq futbol olmayacaq. Nəticənin yaxşı olması üçün uşaqların əllərindən gələni edəcəklərinə inanıram. Böyük fərqlə Almaniya yığmasının qələbə qazanacağına dair fikirlər səsləndirilir. Çalışacağıq ki, buna imkan verməyək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30