25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Prosineçki: "Azərbaycan futbol ölkəsi deyil"

“Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldır. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindir. Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır və digər ölkələrlə müqayisədə səviyyə yüksək deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində 10 xal qazanmağımızın Azərbaycan üçün rekord olduğunu bildirib: "Mən yığmada işə başlayanda FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir”.

Müqaviləsi Almaniya ilə oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini söyləyib: “Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusidir. Çünki rəqib dünya çempionudur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30