20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”dən “İnter”ə 4 cavabsız qol

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb.

U-19 Gənclər Liqasında “İnter”i 4:0 hesabı ilə məğlub etdikdən sonra səfərdə “Səbail”dən güclü olub - 1:0. Üç oyunda 9 xal toplayan “qırmızı-qaralar” yarışın lideridir.

U-17 IV turda “Xəzər Lənkəran”ı qəbul edib. 7:0 hesabı ilə qələbə qazanan “Qəbələ” 10 xalla 2-ci sırada qərarlaşıb. U-15 səfərdə “Turan”a 6 cavabsız qol vurub. 4 xala malik “Qəbələ” 3-cü pillədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandaları meydana çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” İsmayıllı UGİM-ini 10:0, UGİM isə Yevlaxın UGİM-ini 5:0 hesabı ilə məğlub edib. 3 turdan sonra “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. U-11 Liqasındakı təmsilçilərimiz də eyni rəqiblərlə görüşüb. “Qəbələ” İsmayıllı təmsilçisini 13:0, UGİM Yevlaxın komandasını 5:1 hesabı ilə üstələyib. Burada da “Qəbələ”nin 9, UGİM-in 6 xalı var. U-10 Liqasında “Qəbələ” Ağdaşın UGİM komandasını 19:1 hesabı ilə yenib. Digər iki “Qəbələ” təmsilçisi Gİİ və UGİM-in duelində birincilər 5:2 hesabı ilə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30