29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Birdən vura bilməsə necə olacaq?”

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizi sabah seçmə mərhələnin sonuncu ev oyunu gözləyir. Rəqibimiz güclü komandadır. Çexiya yığmasını analiz etmişik.Rəqibin futbolçuları texnikalı oyunçulardır, topla davranışları çox yaxşıdır. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev görüşümüzü yaxşı başa vurmaqdır.

- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsınız?

- Artıq 3 ildir Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdır. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Əgər sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə necə olacaq?

- Bu oyuna köklənmə ilə bağlı problem yoxdur ki?

- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdur.

- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsünüz?

- Futbolçu həyatı elədir ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odur, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridir. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.

- Sabahkı oyunda hansı heyətə güvənəcəksiniz?

- İki zədəli futbolçumuz var. Əfsuslar olsun ki, sonuncu məşqdə Maksim Medvedev zədələndi. O, sabahkı və Almaniya ilə matçı buraxacaq. Digəri isə Araz Abdullayevdir, çünki klubundan zədəli gəlib. Heyətə gəlincə, qapıda Kamran Ağayev dayanacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov və Pavel Paşayev yer alacaq. Yarımmüdafiədə Rahid Əmirquliyev, Cavid Hüseynov və Riçard Almeyda, ön xətdə isə Əfran İsmayılov, Ruslan Qurbanov və Dmitri Nazarov çıxış edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31