19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Karel Yarolim: "Bilet qiymətləri ilə maraqlanmıram"

Çexiya millisinin baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Komandamı sabahkı oyuna yaxşı hazırlaşdırmışam. Son 2 matçda maksimum xal qazanmaq istəyirik. Azərbaycan yığması haqda da maksimum məlumatlıyıq. Bilirik ki, rəqib kifayət qədər yaxşı oynayır. Azərbaycan millisinin müdafiə xətti güclüdür. Sabah onlar da qələbə qazanmaq üçün maksimum güc sərf edəcəklər. Rəqibin kombinasiyalı hücumlarının olduğundan da xəbərdarıq. Gücümüzü əsasən ikinci hissəyə yönəltmək fikrindəyik. Oyunun nəticəsinin necə olacağını indidən deyə bilmərik. Bizim üçün vacib matçdır.

- San Marino və Azərbaycan kimi millilərin yer aldığı qrupda cəmi 9 xal yığmağınız sizcə də faciə deyil?

- Biz də istəyərdik ki, daha çox xal toplayaq. Lakin nə edək ki, belə alındı. Fakt budur ki, hazırda 9 xalımız var. Qarşıdakı oyunlarda çalışacağıq ki, xal ehtiyatımızı bir az da artıraq.

- Nəyə görə sizə yerli jurnalistlər daha çox sual verir, nəinki çex?

- Yerli jurnalistlər bura gəlməmişdən öncə bu oyunla bağlı çoxlu suallar vermişdilər. Onlar bu oyunla bağlı çox məlumatlıdılar. İstərdik ki, daha çox xalımız olsun. Son oyunlarımzda da xallar qazanmağa çalışacağıq.

- Sabah müdafiə xəttində kimlərə şans verəcəksiniz?

- Bununla bağlı dəqiq məlumat verə bilmərəm. Çünki hər an dəyişə bilər. Ola bilsin, bu dəqiqə başqa futbolçuya şans verməyi düşünüm, lakin sonra fikrimi dəyişim. Bugünkü məşq həlledici olacaq.

- AÇ-2020-nin seçmə mərhələsində heyətdə dəyişiklik olacaq? Növbəti qitə birinciliyinin bir neçə oyunu Bakıda keçiriləcək. Bura qayıtmaq perspektivini necə görürsünüz?

-Bu heyətin 90 faizi növbəti tsikldə də komandada olacaq. Yəni ciddi dəyişiklik olmayacaq. O ki qaldı Avropa çempionatına vəsiqəyə, istərdim ki, Bakıya yenə qayıdım. Nəinki məşqçi, həm də turist kimi.

- Çexiya millisinin artıq qrupdan çıxmaq şansı yoxdur. Sabahkı oyunda yeni futbolçulara şans vermək ehtimalınız nə qədərdir?

- Keçən il Ostravada keçirilən oyunla müqayisədə çox dəyişiklik etməmişəm. Tez-tez bəzi yeni oyunçuları sınayıram. Ancaq sabahkı oyunda ciddi dəyişiklik gözlənilmir.

- Rəqibin hansı oyunçularından çəkinirsiniz?

- Rəqib futbol oynamağı bacarır. Azərbaycan millisinin xüsusilə, müdafiə xəttini fərqləndirərdim. Futbolçulardan Riçard Almeydanın adını çəkə bilərəm. Rəqib cinahlarda və yarımmüdafiənin mərkəzində güclüdü.

- Sabahkı oyuna bilet çox ucuzdur. Sizcə, bu nə ilə bağlıdır?

- İlk dəfədir bunu eşidirəm. Çünki başqa işlərim olur. Bilet qiymətləri ilə maraqlanmıram. Yəqin ki, bu, daha çox azarkeşi stadiona cəlb etmək üçündür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30