29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Qəbələ"nin legioneri: "Azərbaycanda matçların tempi çox aşağıdır"

"Qəbələ"nin yarımmüdafiəçisi Endi Hallidey Şotlandiya mətbuatına açıqlama verib.
 
Futbolxeber.az-ın məlumatına görə, yayda "Reyncers"dən 1 illiyə icarəyə götürülən şotland yarımmüdafiəçi hazırkı klubundakı vəziyyətindən danışıb: "Mənim üçün "Qəbələ"də oynamaq vacibdir. Komandamın qazanmasına kömək etməliyəm. Bu mənim əsas məqsədlərimdən biridir. Burda qalıb-qalmayacağıma isə mövsümün sonunda qərar veriləcək. Rəhbərliklə danışıb hər şeyə aydınlıq gətirəcəyik. Hazırda liqada üçüncüyük və daha yaxşı olmaq üçün çalışırıq. Komandamızda əla oyunçular var. Yaxşı oynadığımız zaman uyğunlaşma baxımından problem yaşamırıq".
 
Halidey Azərbaycanda matçların tempini aşağı olmasından şikayətlənib: "Azərbaycanda matçların tempi çox aşağıdır. "Qəbələ"nin isə bu baxımdan irəlilədiyini düşünürəm. Roman Qriqorçuk yaxşı baş məşqçidir. Bir çox cəhətlərdə onunla eyni xarakterə malik adamlarıq. İkimiz də qazanmaq arzusundayıq".
 
Endi azarkeşlərin azlığından da şikayətlənib: "Azərbaycanda matçlara az sayda azarkeş gəlir. Bu çox pisdir. Təkcə çətin məqamdır. Bunu nəzərdən keçirmək lazımdır. Onlar stadiona çox gəlsələr, Azərbaycan futboluna faydaları çox olacaq. "Qəbələ" tərəfdarları isə bizi dəstəkləyirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31