20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Balet yox, futbol oynayırıq"

"Zirə"nin futbolçusu Qabriel Matey Topaz Premyer Liqasının VII turunda “Qarabağ”la qolsuz bərabərliklə nəticələnən səfər oyunundan sonra müsahibə verib. Futbolxeber.az müsahibəni təqdim edir.
 
- Liderdən xal aldınız. Nə deyərdin?
 
- Əlbəttə, bizim üçün yaxşı matç oldu. Çünki “Qarabağ” Azərbaycanın ən güclü klubudu. Bu komandanın mövqeyi hamıya məlumdu və çətin qarşılaşmanın olacağını gözləyirdik. Qarabağ"ın 3 gün əvvəl Çempionlar Liqasında mübarizə aparması işimizə yaradı, bundan faydalandıq. Çünki rəqibimiz bir qədər yorğun idi. Belə bir komandadan xal qopara bildiyimizə görə sevinirəm.
 
- Göz nahiyənizdən zədə aldığınız epizodda nə baş vermişdi?
 
- Futbolda belə halla baş verir. Biz balet yox, futbol oynayırıq. Bu idman oyunu mübarizə tələb edir. Hakim həmin epizoda reaksiya vermədisə, deməli, heç nə yoxdu və oyunu davam etmək lazımdı.
 
- Hakimlərin üzərinə niyə qışqırırdınız?
 
- Məncə, bu cür epizod zamanı hakim minimum sarı vərəqə götərməli idi. Amma referi heç bir qərar vermədi ki, bu da yekunda əsəblərimə təsir etdi.
 
- Müdafiəçi olsanız da, bu oyunda yarımmüdafiədə hücum zamanı iki real qol epizodu yaratdınız. Özünüzü “Qarabağ”ın güclü müdafiəçiləri əhatəsində necə hiss edirdiniz?
 
- “Qarabağ” müdafiəçilərinin hansı keyfiyyətə malik olduqları hamıya məlumdu. Yerdəyişməm isə baş məşqçinin taktiki dəyişikliyindən irəli gələn addım idi. Bu matçda sırf cinah yarımmüdafiəçisi kimi çıxış etsəm də, müdafiə xəttinə daha çox kömək edirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30