16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: "Deməzdim ki, rəqiblərimiz zəifləyib"

Topaz Premyer Liqasının VII turunun son oyununda “Zirə”ylə ev oyununda qolsuz bərabərliyə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
 
Futbolxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan narazı qalmadıqlarını bildirib.
 
-    Ağır oyun oldu. Topa istədiyimiz kimi nəzarət edə bilmədik. Rəqib inamlı müdafiə olundu. Futbolçuları qınamağa ehtiyac yoxdu. Heyətdə xeyli rotasiya etmişdik və bu, müəyyən anlaşılmazlıqları şərtləndirirdi. 
 
-    90-cı dəqiqəyədək komandanız qol imkanı yaxalaya bilmədi. Bu, çempionata motivasiya ola bilməməkdən qaynaqlanır?
 
-    Qeyd etdiyim kimi, heyətdə rotasiyalar etmişdim. Digər tərəfdən də rəqibin oyununu da kiçiltməyək.
 
-    Çempionatda yaranan fasilə komandanıza müsbət, yoxsa mənfi təsir göstərəcək?
 
-    11-12 oyunçumuz qalacaq. Müxtəlif yığmalara dəvət alıblar. Bunu normal qarşılayırıq.
 
-    “Qarabağ 6 oyuda 5 qələbə qazanıb və 1 heç-heçəyə imza atıb. Bu, komandanızın gücündən xəbər verir, yoxsa, rəqibləriniz zəifləyib?
 
-    Heyətimiz genişdi. İstədiyimiz futbolçuları oyuna daxil edə bilirik. Deməzdim ki, rəqiblərimiz zəifləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30