20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbərini tanıyaq: tarixi qələbənin canlı şahidi

Bu gün “Neftçi”nin mətbuat xidməti rəhbəri vəzifəsinə təyin olunan jurnalist Anar Şabanoğlu (Anar İsgəndərov) və klub və Azərbaycan futbolu üçün yad sima deyil.

A.Şabanoğlu 18 ildir idman jurnalisti kimi fəaliyyət göstərib. Onun yazıları tez-tez Azərbaycanın ən nüfuzlu qəzetlərində (ictimai siyasi qəzetlərdən “525-ci qəzet”, idman nəşrlərindən “Futbol+”) dərc olunub. A.Şabanoğlu eləcə də ölkənin ən reytinqli saytları ilə də yaxından əməkdaşlıq edib. 2014-cü ildə futbol üzrə dünya çempionatı kimi nüfuzlu turniri canlı izləyib.

Anar Şabanoğlu Rusiyada yaşadığı dövrdə, “Birlik kuboku” zamanı “Neftçi”nin oyunlarında yaxından iştirak edib, Moskvada yaşayan azərbaycanlıların komandanın oyunlarında iştirakı üçün onlara maddi və mənəvi dəstək göstərib.

Bu il yanvarın 19-da, “Neftçi”nin “Pünik” üzərindəki tarixi qələbəsindən 12 ill ötərkən Futbolxeber.az saytı yazı hazırlamışdı. Həmin yazıda qarşılaşmanı arenadan canlı izləyən Anar Şabanoğlunun da fikirlərinə yer verilmişdi. Həmin yazını bir daha oxuculara təqdim edirik:

Anar Şabanoğlu, Moskvada "Neftçi"nin qələbəsini qeyd edərkən

***

Ermənilər üzərindəki tarixi qələbənin canlı şahidi "Futbolxeber"ə danışdı”

Bu gün “Neftçi”nin ermənilər üzərindəki tarixi qələbəsindən 12 il ötür. “Ağ-qaralar” 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 final mərhələsində Ermənistan çempionu “Pünik”i 2:0 hesabı ilə diz çökdürüb. Həmin qarşılaşmanı “Dinamo” manejində canlı izləyənlərdən biri də tanınmış jurnalist Anar Şabanoğludur.

Həmin vaxt Rusiya paytaxtında yaşayan Şabanoğlu 12 il əvvəlki tarixi zəfərlə bağlı xatirələrini Futbolxeber.az saytı ilə bölüşdü.

Düzdür, dəyərli həmkarım əvvəlcə danışmaq istəmədi. Deyəcəklərinin təvazökarlıqdan uzaq olacağını iddia etdi. Lakin təkidimdən sonra Şabanoğlu həmin gün meydanda və ondan kənarda yaşananlarla bağlı xatirələrini qısa da olsa, bizimlə bölüşməyə razılıq verdi:

“Həmin gün meydanda olanların hər biri tam gücü ilə vuruşdu. Emin Quliyev, Rəşad Sadıqov, Ramin Musayev, Qurban Qurbanov isə əsl kişilik nümayiş etdirdilər. “Pünik”lə matç Elçin Rəhmanovun karyerasında ən yaxşı oyun idi. Qurban Qurbanov zədəli olsa da, sırf bu oyuna görə Moskvaya getmişdi. Qarşılaşmadan sonra ermənilər onun gözünün altına zərbə endirdilər.

Ancaq heç nə “Neftçi”nin qələbəsinə mane ola bilmədi. “Pünik”i necə lazımdısa, cəzalandırdıq. Həm meydanda, həm də meydandan kənarda. Oyundan sonra Emin Quliyev, Rəşad Sadıqovun, onun Emin adlı dostu yaxşı performans göstərmişdilər”.

Şabanoğlu matçın gedişində yaşanan bayraq qalmaqalından da danışıb: 

“Bayraq qalmaqalı oyunun gedişində baş verdi. Biz hesabda irəlidə idik. Ermənilər gördülər ki, uduzurlar, aranı qatmaq istədilər. Bizim azarkeşlər onlardan təxminən on dəfə çox idi. Belə olan halda ermənilərin bu hərəkəti sırf bizimkilərin onları döyməsinə və oyunun yarımçıq dayanmasına hesablanmışdı.

Mən gördüm ki, Rəşad Sadıqov meydandan ikinci mərtəbəyə baxıb, ermənilərə tərəf əli ilə nəsə işarə edir. Gördüm ki, bütün iştirakçı ölkələrin bayraqları asılan yerdə ermənilər öz bayraqlarını bizim bayrağım üstündən asıblar. Hazırda AZAL-da çalışan Eldəniz Yusifovun böyük fədakarlığı nəticəsində orda dava düşmədi. Və ermənilər bayraqlarımı yığışdırdılar”.

Təkidlərimə baxmayaraq, Anar Şabanoğlu özü ilə bağlı olan hadisələri danışmadı.

Şabanoğlu o tarixi qələbə üçün etdiyi fədakarlıqdan danışmasa da, mən qısaca deyim ki, o, öz cibindən oyuna 200 bilet almışdı. Özü ilə birgə oyuna məhz 200 nəfər aparmışdı. Hətta bununla kifayətlənməyərək, sonradan yenə də əlavə biletlər almışdı. Hətta o qədər adamın içində ermənilərin üstünə tək getmişdi...

Təbii ki, həmkarımızın vətən sevgisi bir çoxlarına nümunə olmalıdır. Həmin gün biz dığaları təkcə meydanda yox, ondan kənarda da diz çökdürdük. Bunun nəticəsidir ki, 1 il sonra yenidən “Neftçi”yə rəqib olan “Pünik” meydana çıxmaqdan boyun qaçıraraq, qaçaraq Moskvanı tərk etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30