20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

ÇL-in rekordu Bakıda qeydə alındı

Çempionlar Liqasının 2-ci turunda keçirilən “Qarabağ” – “Roma” (1:2) matçında rekord qırılıb.
 
Futbolxeber.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda 67.200 tamaşaçının izlədiyi oyun cari ÇL-in 2-ci turunda ən çox azarkeş toplayan oyundu.
 
Paytaxtımızda baş tutan qarşılaşma bu mənada turun digər 15 matçını üstələyir. Bu mənada 2-ci pilləni “Siqnal İduna Park”da keçirilən “Borussiya” – “Real”, 3-cü yeri isə “Vando Metropolitano”dakı “Atletiko” – “Çelsi” matçı tutur.
 
2-ci turda azarkeş sayına görə isə ümumi ardıcıllıq belədi:
 
1. “Qarabağ” – “Roma” – 67.200
 
2. “Borussiya” – “Real” – 65.849
 
3. “Atletiko” – “Çelsi” - 60.643
 
4. PSJ – “Bavariya” – 49.252
 
5. “Sportinq” – “Barselona” – 48.575
 
6. “Mançester Siti” – “Şaxtyor” – 45.310
 
7. “Spartak” – “Liverpul” – 43.376
 
8. “Beşiktaş” – “Leytspiq” - 36.641
 
9. “Sevilya” – “Maribor” – 34.705
 
10. “Yuventus” – “Olimpiakos” – 33.460
 
11. “Bazel” – “Benfika” – 34.111
 
12. ÇSKA – “Mançester Yunayted” – 29.073
 
13. “Napoli” – “Feeynord” – 22.577
 
14. “Anderlext” – “Seltik” – 19.898
 
15. APOEL – “Tottenhem” – 16.324
 
16. “Monako” – “Porto” - 11.703
 
Qeyd edək ki, cari mövsümdə ən çox azarkeş sayı 1-ci turda “Nou Kamp”da keçirilən “Barselona” – “Yuventus” görüşündə qeydə alınıb – 78.656 nəfər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30