24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: “Vəziyyəti öz xeyrimizdə dəyişmək istəsək də...”

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Roma” ilə oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bütün oyunlardan öncə yaxşı nəticə qazanacağımıza inanırıq. Amma başladı. Ümumiyyətlə, qrupda keçirdiyimiz hər iki oyuna həyəcanla başlamışıq. Vəziyyəti öz xeyrimizdə dəyişmək istəsək də, rəqib futbolçuların ustalıq səviyyəsinin üstün olması bizə problem yaratdı. Şükürlər olsun ki, erkən qoldan sonra “sınmadıq” və oyunda dönüş yarada bildik. İkinci hissədə xeyli qol imkanımız olsa da, onlardan istifadə edə bilmədik. Düşünürəm ki, 1 xal qazanıb tarix yaza bilərdik. Təəssüflər olsun ki, bunu edə bilmədik.

- Edin Dzenun qapımıza vurduğu qol zamanı nə baş verdi?

- Ümumiyyətlə, “Roma”nın belə düşünülmüş hücumları var və bunu bilirdik. Sadəcə, həmin epizodda rəqibə daha rahat oynamağa şərait yaratdıq və Dzeko bizi cəzalandırmağı bacardı. Dzeko yaxşı hücumçudur və ona qarşı oynamaq çox çətindir.

- Necə düşünürsünüz, “Roma” bu oyuna görə “Qarabağ”dan çəkinməlidir?

- Fikrimcə, “Roma” futbolçuları ikinci hissədə nəticəyə görə çox narahat idilər.

- Demək olar ki, hakim bütün şübhəli qərarları “Roma”nın xeyrinə verdi. Onunla bu haqda söhbətin oldu?

- Xeyr, bu məsələ barədə fikir mübadiləsi aparmadıq.

- Tribunalarda möhtəşəm azarkeş dəstəyi var idi. Bu barədə nə deyə bilərsən?

- Möhtəşəm atmosfer var idi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, onlar da stadiona gəldikləri üçün peşman olmadılar. Əlbəttə, azarkeşləri qələbə ilə sevindirmək istəsək də, alınmadı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30