24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Foqts bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vətənində alman məşqçilərə Türkiyə milli komandalarına çağırılmayan türk əsilli futbolçuları diqqətdə saxlamağı tapşırıb. Futbolxeber.az-ın məlumatına görə bu haqda Türkiyə mətbuatı məlumat yayıb. "Foqts hazırda Türkiyə milliləri üçün hazır olmayan və Almaniyada yaşayan türk oyunçuları Azərbaycan millilərinə cəlb etməyə başlayıb. Beləliklə, türkiyəli məşqçilər Almaniyada istedadlı gəncləri axtardığı zaman qardaş ölkə bizim komandalar üçün “uyğun” olmayan oyunçuları Azərbaycan millisinə çağırır” - deyə məlumatda bildirilir.

"Fanatik" qəzeti yazıb ki, Foqts son olaraq “Vehen Viesbaden”də çıxış edən türk əsilli futbolçu Benhür Kayanı Azərbaycan U-16 millisinə cəlb edib. O, Bakıda keçirilən “Caspian Cup” turnirində də iştirak edib. Turnirdə yüksək səviyyəli oyunu ilə seçilən Kaya finalda  Türkiyəyə 1:4 hesabı ilə uduzduqları oyunda komandasının yeganə qoluna imza atıb.

Azərbaycan millisinə çağırılması haqda danışan B.Kaya deyib: “Türkiyə millisinə qarşı oynamaq mənim üçün çətin oldu. Bir millət, iki dövlət olduğumuz Azərbaycandan təklif gələndə fikirləşmədən qəbul etdim. İlk dəfə formasını geyindiyim komanda üçün mübarizə apardım. Berti Foqts Almaniyada mənim oyunumu izlətdirirmiş. Türkiyə millisindən bugünə qədər təklif gəlmədiyini görəndə Azərbaycanın dəvətini qəbul etdim” – deyə o vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30