19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Derlis Meza Kolli: "Neftçi"nin əvvəlki əzəmətini qaytaracağıq"

"Düşünürəm ki, "Qəbələ"yə qarşı yaxşı oynadıq. Sadəcə, qol vura bilmədik".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri  açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Derlis Meza Kolli deyib.
 
Paraqvaylı futbolçu Topaz Premyer Liqasının VI turunda "Qəbələ"yə 1:2 hesablı məğlubiyyəti şərh edib: "Yeni baş məşqçi gəldikdən sonra öz oyunumuzda irəliləyiş hiss edirik. Artıq necə oynamaq lazım olduğunu bilirik. Sadəcə daha çox işləməliyik ki, digər zəif nöqtələri də düzəldək. Bundan sonra qələbələr də olacaq".
 
Derlis komandadaxili münasibətlərin yaxşı olduğunu bildirib: "Komanda şəklində yeni baş məşqçi gələrkən toplaşdıq və mükəmməl şəkildə hazırlıqları davam etdirdik. Bizim son iki oyunumuzda da bunu görə bilərsiniz. Hamımız birlikdə işləyib "Neftçi"nin əvvəlki əzəmətini qaytaracağıq".
 
Meza Kolli öz çıxışından da danışıb: "Hər oyundan oyuna artırmağa çalışıram. Fikrimcə, bu bizdə alınacaq. Komanda şəklində fizikamız üzərində də işləməliyik".

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30