29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Musayev: “Növbəti mövsüm Premyer Liqada 12 klub yarışacaq”

“Bakılı” ilə bağlı heç bir problem yaşamadıq. 12 gün əvvəl klub rəhbəri Misir Əbilov özü yazılı şəkildə bizə müraciət etdi ki, respublikada az olması ilə əlaqədar bu mövsüm I divizionda çıxış etməyəcəklər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

I divizionun püşkatma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Musayev iranlı futbolçuların I diviziondakı çıxışı ilə bağlı da danışıb. Onların əsgərlikdən yayınması ilə bağlı iddialara bu cür cavab verib: “İranlıların Azərbaycanda oynayıb qayıtması onlara legioner futbolçu kimi baxırlar və onlara üstünlük verilir. Hər yerdən legioner futbolçu gələ bilər, amma iranlı olmaz? Bu İranla aramızda münaqişəyə səbəb ola bilər”.

“Şahdağ”ın Dağıstan çemionatı ilə bağlı fikirlərin absurd olduğunu deyən Ramin bəy yeni yaradılacaq "Region" liqası haqqında bunları bildirib: “Demişəm ki, orada çıxış edəcək klublarda maraq yaransın deyə 30-40 min manat mükafat ayrılsın. Elxan Məmmədovla bu haqda danışdıq, o da təkliflə razılaşdı”.

Sonda Musayev növbəti mövsüm Premyer Liqaya diviziondan 4 komandanın yüksələcəyini bildirib: “Gələn mövsüm Premyer Liqaya 4 klub yüksələcək və çempionatda 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq komandalar Premyer Liqada iştirak edə biləcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31