26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

PFL prezidentindən şok xəbərdarlıq: “Avrokuboklara qatılan klublarımızın sayı azala bilər”

“Keçən il UEFA-dan məktublar daxil oldu. Bütün komandaların adları oyun-alqı satqısında hallanırdı. Bu il elə şey olmayacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O qeyd edib ki, danışılmış oyunlarla bağlı UEFA-da Azərbaycanın adı növbəti dəfə hallansa, bu, ciddi cəzaya gətirib çıxara bilər: “

Düşünməyin ki, 10 komandadı deyə kim nə istəsə edə bilər. Hər oyun gizli nümauyəndə göndərəcəyik. Həmin şəxsin kimliyini yalnız 2 nəfər biləcək. Hansısa oyunun danışılmış olduğu müəyyənləşsə, nəticə ləğv olunacaq. Çempionata güclü nəzarət olacaq. Milli məclisdə də qərar qəbul olunub. Danışılmış oyunlarda iştirak edənlərə qarşı cinayət işi açılacaq. Günahı sübuta yetirilənlərin adları hüquq-mühafizə orqanlarına təqdim olunacaq. İndidən deyirəm ki, kimsə sonradan narazılıq etməsin.

Azrbaycanın adı bir də oyun-alqı satqısında hallansa, avbrokuboklardakı iştirakçılarımızdan birini itirə bilərik. Bu, baş verərsə, hər birimiz üçün ləkə olacaq. Elə qərar qəbul edilməsi, hamımız üçün ölümdür”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30