29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Samir Əliyev: “Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir”

“Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik. Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının VI turunda “Kəpəz”i 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Gənc məşqçi qələbəyə baxmayaraq, komandasından razılıq etməyib: “Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdi. Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir. Turlar ötdükcə, rəqiblər bizi daha yaxşı analiz edir. Şahin Diniyev güclü mütəxəssisdi. Rəqib imkan verdiyi qədər oynadıq. 6 tur və iki qələbə - məncə, yeni yaranan komanda üçün yaxşı nəticədi”.

Samir Əliyev komandaya qoşulan yeni hücumçu barədə sualı da cavablandırıb:

“O, artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb. Bu gün şənbə günüdü və bu səbəbdən Rumıniya Futbol Federasiyasından sənədlərini ala bilmədik. Çox güman ki, gələn oyunlarda bizimlə birgə olacaq. Hücumda rəqabəti artırmaq üçün onu komandamıza dəvət etmişik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31