29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maksim Medvedev: “Roma”nı udacağıq" açıqlamasını verə bilmərik"

“Qarabağ”ın kapitanı Maksim Medvedev Topaz Premyer Liqasının VI turunda “Sumqayıt”la 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.
 
Futbolxeber.az xəbər verir k,i təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
 
- İlk hissə “Qarabağ” üçün niyə belə alındı
 
- Bu, bizim üçün gözlənilməz oldu. Rəqibi təhlil etmişdik, necə oynadığını bilirdik. Amma “Sumqayıt” bu gün bir qədər fərqli taktika - 5 müdafiəçi ilə meydana çıxmışdı. Bunu gözləmirdik. Lakin təcrübəli komandayıq və baş məşqçimiz matçın gedişatında necə oynayacağımızı dedi. Düzdü, qol buraxdıq, "Sumqayıt"ın başqa şansları da oldu. Amma təcrübəmiz çətin vəziyyətlərdən çıxmağa imkan verir.
 
- Oyun zamanı mübahisəli anlar oldu. Hakimlər briqadası oyuna hansı şəkildə təsir etdi?
 
- Pedronun epizodu zamanı çox uzaqda olduğumdan toxunuşun olub-olmadığını görmədim. Digər epizodda isə top üzümə dəydi, əlimə yox. Yan xətt hakimi epizodu yaxşı görürdü. Üstəlik, qapıçılarını qova bilərdi. Çünki birinci penaltini təyin etsəydi, minimum sarı vərəqə alacaqdı. Daha sonra ikinsi sarı və qırmızı vərəqə gələcəkdi. Migelin "qırmızı"sına gəlincə, heç nədən aldı. Hakimin ciddi səhv etdiyini demək olmazdı. Bizdə kiçik qayda pozuntusunu saxlayırlar, amma avrokuboklarda belə epizodlarda oyunu davam etdirirlər. Bizi bu cür məqamlar əsəbləşdirirdi.
 
- Bu matçda “Roma”ya qarşı oyunun provasını etdinizmi?
 
- Bu, məşq deyildi, rəsmi oyun idi. İmkanımız olsaydı, bu qarşılaşmanı keçirməzdik...Sırf “Roma” ilə oyunun hazırlığını davam etdirərdik. Amma vacib qarşılaşma idi və ciddi hazırlaşmışdıq.
 
- Ansi Aqollinin zədələnməsi Qurban Qurbanovu  taktiki gedişləri sınaqdan keçirməyə vadar edir. Səi hər dəfə bir mövqedə sınayır. Bu ekperimentlər nə dərəcədə özünü doğruldur?
 
- Bunu Qurban müəllimdən soruşsanız, daha yaxşı olar. Çünki o, nə deyirsə, biz də onun tapşırıqlarını yerinə yetiririk. Görünür, alınır ki, sınaqlar davam edir. Ötən oyunda Yakub Jezniçak solda, mən sağda oynayırdı. Daha sonra 3 müdafiəçi ilə oynadıq. Taktikanı dəyişəndə rəqibə çətinlik yaradır. Bu oyunda da bunun şahidi oldunuz.
 
- Amma taktikanı tez-tez dəyişəndə 6 top buraxmağınız da qaçılmaz olur. "Çelsi"də bunu gördük...
 
- Bu, futboldu, hər şey olur. “Çelsi” ilə “Sumqayıt”ı eyni səviyyədə tuta bilmərik. Üstəlik, oyun rəqib meydanında keçirilirdi. Bizim üçün dərs oldu. Karyeramda ən ağır oyun idi.
 
- Dərsdən nəticə çıxararaq“Roma”ya sürpriz hazırladığınızı demək olarmı?
 
- “Roma”nı udacağıq" açıqlamasını verə bilmərik. Səviyyə fərqi var. Rəqibimiz İtaliya A seriyasında çıxış edir. Əsas odur ki, oyunumuzu ortaya qoya bilək və bunun üçün əlimizdən gələni edəcəyik. Allah köməyimiz olsun. Azarkeşlərimiz də yanımızda olacaq.
 
- “Sumqayıt”a qarşı hücum futbolu oynadınız. Amma “Roma”ya qarşı belə oynamayacağınız dəqiqdi. Bu dəyişiklik oyununuza necə təsir edəcək?
 
- “Roma” “Sumqayıt” deyil. İtalyanlar yarım epizodu qola çevirirlər, “Sumqayıt” isə 5-6 real şansdan 1-ni. Bu oyunda səhvlər edirdik, ancaq sonra sığortalayırdıq.  “Çelsi” ilə oyunumuzdakı hər səhvimiz isı qolla nəticələnirdi. Ciddi hazırlaşmalı, səhvləri etməməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31