29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Əliyev: "İstədiyimiz nəticəni qazana bilmirik"

“Səbail”in baş məşqçisi Samir Əliyev müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir. 
 
- Premyer Liqamızda 5 tur arxada qaldı. Nəticələr sizin üçün ürəkaçan deyil. Bəs, yeni formalaşdırdığınız komandanız istədiyiniz istiqamətdə gedir?
 
- Hələ ki, 4 oyun keçirmişik. Bunların üçündə məğlub olmuşuq, birində qələbə qazanmışıq. Bir oyunuz təxirə salınıb. Hiss olunur ki, uşaqlar oyundan-oyuna inkişaf edir. Çalışırlar ki, daha yaxşı oynasınlar. İstəyirik ki, baxımlı futbol oynayaq. Nəticə də vacibdir. Ancaq təəssüf ki, hələ istədiyimiz nəticəni qazana bilmirik.
 
- Yeni yaranan komanda istəkli olur, futbolçular özlərini sübut etməyə çalışır. Biz bunu “Zirə”nin timsalında görmüşük. Komandanızda o istək var?
 
- Oyunlarda bu istəyi görmək olur. Hər bir futbolçu özünü göstərmək istəyir. Bu baxımdan problemimiz yoxdur. Nəticələrimiz yaxşılaşsa, komanda daha da ruhlanacaq.
 
- “Səbail” hələlik yaxşı nəticə vermir. Bunu futbolçuların ustalıq səviyyəsinin aşağı olması ilə əlaqələndirmək olar?
 
- Bəli, futbol komanda oyunudur. Bir futbolçunun ustalıq səviyyəsi yuxarı, digərininki aşağı olanda tarazlıq itir. Unutmayaq ki, mən birinci diviziondan da futbolçu götürmüşəm. Bəzi futbolçular isə buna qədər Premyer Liqa oyunlarında daima ehtiyatda olublar. Yəni futbolçularımızın bir çoxu oyun təcrübəsindən əziyyət çəkirdi. Ancaq getdikcə onlarda artım olduğunu görürəm. Futbolçu meydana çıxmalıdır ki, ustalıq səviyyəsi artsın. 3-4 oyundan sonra futbolçulardan nəsə tələb etmək düzgün deyil.
 
- Komandaya cəlb etdiyiniz legionerlərdən razısınız?
 
- Legioner müdafiçilərimizin birinin 20, digərinin 21 yaşı var. Biz onları perspektiv üçün heyətə cəlb etmişik. Düzdür, aralarında təcrübəliləri də var, amma çoxu 20-22 yaş arasındadır. Onların böyük potensialları var. Gələcəkdə komandaya kömək edəcəklər. Həm də onları bir müddətdən sonra başqa klublara sata bilərik. Biz legionerləri ayırmırıq. Ümumi olaraq deyə bilərəm ki, getdikcə futbolçular daha yaxşı çıxış edir. Komandaya yeni legioner hücumçu da cəlb etmək üzrəyik. Ancaq hələ tibbi müayinədən keçmədiyi və müqavilə bağlamadığımız üçün bu barədə geniş danışmaq istəmirəm. Danışıqlarımız müsbət yekunlaşıb. Yeni hücumçu gələndən sonra hücum xəttindən rəqabət artacaq.
 
- Komandanızda sırf hücumçu yoxdur. Niyə hücumçu transfer etmədiniz?
 
- Komandanı formalaşdırdıqca fikirləşirdik ki, Nurlan Novruzov, Vüqar Nadirov, Raul Yaqubzadə hücumda bizə kömək edəcəklər. Düzdür, Azərbaycanda hücumçular azdır. Yüksək səviyyəli hücumçu tapa bilmirik. Legionerlərdən isə yaxşı hücumçu çox bahadır. Biz də düşündük ki, hücumda sırf yerli futbolçular oynasın. Ancaq görürük ki, hücum xəttində rəqabət aşağıdır. Ona görə də daha bir legioner dəvət etdik. Demək olar ki, komandaya götürmüşük. Amma hüquqi işlər tam yekunlaşmadığından həmin oyunçunun adını açıqlamaq istəmirəm.
 
- Yəqin Vüqar Nadirov və Nurlan Novruzovdan gözləntiləriniz daha böyük idi.
 
- Bizim çempionatdakı rəqiblərimiz neçə illərin komandalarıdır. Son olaraq qarşılaşdığımız “Qəbələ”nin müdafiəçiləri Stankoviçlə Vernidub artıq 2-3 ildir ki, bir yerdə oynayır. Bu gün Nurlanla Vüqarın onlara bərabər səviyyədə mübarizə aparmaları çətin məsələdir. Buna baxmayaraq, onlara başağrısı ola bildilər. Hər oyunda qol vəziyyətləri yaradırıq. Sadəcə, hücumçularımız son nöqtəni qoya bilmirlər. Bunun üzərində işləyirik. Əsas odur ki, qol vəziyyətləri yarada bilirik. Az da olsa oyun sxemimiz görsənir.
 
- “Səbail”də transfer işləri necə tənzimlənir? Bu yay istədiyiniz transferləri edə bildiniz, yoxsa büdcə məhduddur?
 
- Büdcəyə uyğun trasnferlər edirik. Sözün düzü, elə bir narazılığım yoxdur. Bu komandanı biz formalaşdırmışıq. Bu cür futbolçularla işləmək daha maraqlıdır. Komandamızdakı oyunçulardan gələcəkdə irəli gedən olarsa, bu, bizim əziyyətimizin bəhrəsi olacaq. Bizim komanda gələcəyə hesablanaraq qurulub. Legionerləri də buna görə almışıq. Mövsümün sonunda kimlərə yenidən güvənib-güvənməyəcəyimiz bəlli olacaq. “Səbail” cəmi iki ildir fəaliyyət göstərir. Ona görə də pillə-pillə addımlamaq istəyirik.
 
- “Səbail”in demək olar ki, azarkeşi yoxdur. Boş tribunalar önündə oynamaq komandaya necə təsir edir?
 
- Əlbəttə ki, hər bir komandaya güclü azarkeş dəstəyi lazımdır. Bayıldakı stadionumuzda təmir işləri getdiyi üçün rəqiblərimizi “Dalğa Arena”da qəbul edirik. Səbail böyük bir rayondur. İnanıram ki, biz “Bayıl Arena”da oynayanda az da olsa azarkeş toplaya biləcəyik. Rəhbərlik bununla bağlı işlər görür. Yaxşı oyun, yaxşı nəticələrimiz olsa, yəqin bizə də dəstək olacaqlar. Yadınızdadırsa, “Rəvan” müəyyən qədər azarkeş toplaya bilmişdi. 200-300  azarkeş də gəlsə, komandaya böyük kömək olar.
 
- Sabiq komandanız “Neftçi”yə daha bir gənc məşqçi Tərlan Əhmədov gətirildi. Sizcə, bu təyinat komandanı acınacaqlı durumdan çıxara bilər?
 
- Son illərdə “Neftçi”də çoxlu məşqçi dəyişikliyi oldu. Tərlan Əhmədovun uğur qazanmaq üçün kifayət qədər təcrübəsi var. Onun “Neftçi”də böyük əziyyəti olub. Hər şey özündın asılıdır. Hara getdiyini çox gözəl dərk edir. Yəqin özünə güvənib ki, o yükün altına girib. Həm “Neftçi”yə, həm də Tərlan Əhmədova uğurlar arzulayıram. “Neftçi” yüksək pillələrdə olsa, çempionatda rəqabət də artar. 

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31