29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dino Ndlovu: "Mən buna inanmırdım"

“Qarabağ”ın forvardı Dino Ndlovu Cənub Afrika milli komandasına dəvət almasına münasibət bildirib.
 
Futbolxeber.az xəbər verir ki, hücumçu bunun sürpriz olmadığını bildirib.
 
Ndlovu bu dəvətə əvvəlcə inanmadığını bildirib: “Mən buna inanmırdım. İndi də anlamıram. Bu barədə məlumatım yox idi. Lakin yığmaya dəvət almaq mənim üçün sürpriz deyil. Çünki son zamanlar çox səylə çalışırdım. Deyırdim ki, səbir etdiyim illərin əvəzini aldım. İşimiz bitməyib. Mən daha çox çalışmalıyam".
 
Dino "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə qarşı ilk oyunu barədə də danışıb: "Bizim üçün yaxşı təcrübə olacaq. Yaxşı oynadığımı hiss edirdim. Performansımı daha yaxşı göstərməyim üçün mənə 1 qol lazım idi".
 
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib. CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31