24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Səbail" daha bir legioner transfer etdi

"Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
 
Futbolxeber.az xəbər verir ki, Premyer Liqanın debütantı rumıniyalı yarımmüdafiəçi Aleksandr Popoviçi transfer edib. 29 yaşlı futbolçu azad agent kimi komandaya cəlb olunub. Çünki o, son klubu olan “Politexnika Timişioara”dan bu yay ayrılandan bəri işsiz idi.
 
Timişioara şəhərində anadan olan Popoviç karyerasına elə doğma “Politexnika”da başlayıb. Lakin o, həmin dövrdə “Reşita”, “Buftea” və “Qloriya” klublarında icarəyə də verilib. 2012-ci ildə Timişioara təmsilçisini tərk edən futbolçu “Konkordiya”ya üz tutub. Lakin cəmi bir mövsüm sonra yenidən “Politexnika”ya qayıdan Aleksandr 2013-cü ildən bəri bu komandada çıxış edirdi.
 
Hücumameylli yarımmüdafiəçi Rumıniyanın U-17 yığmasında da oynayıb. O, bu gün “Səbail”in iştirak ərizəsinə salınacaq. Futbolçunun növbəti yurda “Kəpəz”ə qarşı oynaması məşqçilərin qərarından asılıdı.

futbolinfo.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30