26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev: “Ümidvaram ki, UEFA da Neftçilər gününə hədiyyə edəcək”

Çempionlar Liqası və Avropa Liqasının 2018/19 mövsümünün final oyunlarının keçiriləcəyi yer bu gün müəyyənləşəcək.
 
Futbolxeber.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev həlledici matçlara namizədliyi verilən Bakı Olimpiya Stadionunun şansını dəyərləndirib.
 
O, Neftçilər gününə həsr olunan tədbirdəki çıxışı zamanı Çempionlar Liqasının finalının məhz Azərbaycanın ən böyük idman qurğusuna veriləcəyinə ümid etdiyini gizlətməyib: “Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ümidvaram ki, UEFA da Neftçilər gününə hədiyyə edəcək və Çempionlar Liqasının finalı bizim gözəl Bakımızda keçiriləcək”.
 
Qeyd edək ki, Çempionlar Liqasının final oyununun keçirilməsinə Bakı ilə yanaşı, Madrid də iddia edir.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30