16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Topaz Premyer Liqası: 16 futbolçudan dopinq-test götürüldü

Topaz Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlama verib.

O bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laborotoriyaya göndərilib.

Ş.Hüseynli sentyabrından 16-da keçirilən “Neftçi” - “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: “Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən, "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.

Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30