19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Səbail"çilikdi?

"Tofiq Bəhramov"da "oğulun atanı cəzalandırması"  hadisəsindən sonra məqsədimiz 35 dəqiqəyə özümüzü uzaq Mərdəkan sahillərinə çatdırmaq idi.

...Orda bir "Dalğa Arena" var, uzaqda! Varsaq da, varmasaq da - "Səbail" rəqiblərini orda qəbul eləyir. Jurnalistlərçün də "Koroğlu" metrosundan mikroavtobus kirayələnir. Gedib baxıb, yazıb, gəlsinlər...

Həmin avtobus idi ki, "oğulun atanı cəzalandırması" ərəfəsində artıq yola düşmüşdü. Bizdən bəzisi özünü burdan qoparıb, ora çatdırdı, bəzisi biz.. bəzisi də bizdən sonra - mətbuat konfransında-filanda iştirak eləyib, özünü "Səbail" - "Qəbələ" (1:3) mübarizəsinin ikinci hissəsinə yetirə bilmişdi.

Neyləmək olar, bu, bizim işimizdi. Yaxud, işimiz budu da... Ya da ki, işimizi belədi. Elə, ya belə, onsuz da xalqın gözündə "işverənik".

"Səbail" də, bilirsiz də, möhtərəm Rövnəq Abdullayevin oğluna iş yeri qondarıb, vətənə gətirməkçün qayırdığı bir klub kimi yaddaşımıza həkk olunub. O məşhur frazanı yenidən xatırlayaq: "Oğlum xaricdə oxuyur, işləyir. Dedim, vətənə qayıt, dedi ki, iş-güc yoxdu, niyə qayıdım. Biz də bu klubu  yaratdıq ki, başı qarışsın (gülür)".

"Qəbələ"nin oyununda natamamlıq sindrom halını alır. Qriqorçuk etiraf eləməsə də, bu, belədir. "Səbail"in böyükhesablı sayıla biləcək məğlubiyyətinə baxmayaraq, Samir Əliyevin kollektivi döyüşkən futbolu sayəsində Qriqorçukun qat-qat təcrübəli, bahalı "drujinasına" başağrısı olmağı bacardı.

"Qarabağ" kimi - artıq Topaz Premyer Liqasında rahat manevrləriylə də qələbə qazanan bir rəqibə qarşı bu il çempionluq mübarizəsi belə gedişatla mümkünlüyünü üfüqə sarı dartır. Hələ inadkar "Zirə"nin də olduğunu nəzərə alsaq, əuzubilləh...

"Səbail"i anladıq. Oyunsonrası mətbuat konfransında Əliyevin dediyi kimi: "Bizim qarşımıza elə bir çətin məqsəd qoyulmayıb. Çalışacağıq Premyer Liqada möhkəmlənək, Əsas məqsədimiz (aha ıhım)".

Bəs "Qəbələ"? Bu gedişatla pozitivliyə doğru getmir. Qriqorçuk bu il də çempionluq dadızdırmasa, "qırmızı-qaralar"ın rəngləri bir-birinə qarışacaq. Yaranandan çox şeyə nail olan bir klubun hələ çempion olmaması maliyyə məsrəflərinin miqdarı qarşısında utanıb, gizlənməlidir.

Sizi uzaq Mərdəkan sahillərindən sonuncu qeydlə baş-başa buraxıb, qayıdıram: "Hakimliyi müzakirə eləməyi sevmirəm. Bunu siz də bilirsiniz. Ancaq bəzən səbrini daşıracaq həddə nələrsə olur və sən danışırsan (daşırsan). Demirəm ki, hakimlər konkret əleyhimizə qərar verir. Ancaq bəzən elə çətin epizodda doğru qərarlar verirlər, hiss edirsən ki, hakimin səviyyəsi yüksəkdir. Və həmin hakim eyni oyunda elə adi səhvlərdən nəticəyə təsir edir ki... Siz deyin, nədir bu?" (Roman Qriqorçuk)

Biz deyək? OK, cənab Qriqorçuk. Deyək.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin hakimlərə təsiri danılmazdır. Danılmazlıq həddinə çatan daha bir məqamsa Musayevlə klubunuzun idarəçisi Fariz Nəcəfovun arasında iqlimin mülayim olmamasıdı.

Yəni?

Heç vaxt hansısa hakimə tapşırıq verilmir. Heç şübhəsiz ki, onlar "işarələrdən" anlayandırlar. İqlimin mülayim olmaması dedik. Hava dəyişən kimi revmatizmin əlamətləri oyunlara/oynaqlara hakim kəsilir. Bunda bir hikmət vardır və siz bunu anladınız.

Sonrasına baxaq...

P.S. Belə, ümumiyyətlə, "Səbail"çilikdimi, Azərbaycan futbolu? Hm..

Elçin Cəlilov, futbolpress.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30