24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ardıcıl 4 qələbə: “Qarabağ” ruslara şərik çıxdı

“Qarabağ” Azərbaycan çempionatındakı qələbə seriyasını 7 oyuna çatdırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, ötən mövsümün son 3 matçında xal itirməyən Qurban Qurbanovun yetirmələri cari çempionata da ardıcıl 4 qələbə ilə başlayıb.
 
Son 4 ilin dəyişməz çempionu sonuncu dəfə “Qəbələ” ilə aprelin 9-da keçirilən matçda xal itirib – 0:0. Ardınca “İnter”i 3:0, “Sumqayıt” və “Neftçi”ni 2:1 hesabı ilə yenən ağdamlılar ötən mövsümə yüksək notda yekun vurmuşdu.
 
Cari mövsümdə isə “Qarabağ” “Neftçi”ni 3:1, “İnter”i 1:0, “Qəbələ”ni 2:1 və “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.
 
Bununla, əyalət klubu dünyanın ən uzun qələbə seriyalarının müəllifləri sırasına düşüb. Bütün liqaları əhatə edən və qırılmayan seriyaların siyahısına isə “Jetısu” başçılıq edir. Qazaxıstan təmsilçisi 12 matçdı xal itirmir. İspaniya “Barselona”sı 11 oyunluq seriya ilə 2-cidi. İtaliya “Napoli”si, Lüksemburq “Proqres”i, Tunis “Esperans”ı və Astana “Lokomotiv”i 9 qələbə ilə 3-cü yerə şərikdi.
 
7-ci yerə Plzen “Viktoriya”sı və Türkmənistan “Altın Asır”ı bölüşür – 8 qələbə. “Qarabağ” 7 qələbə ilə 9-cu yerə şərik olan komandalar arasındadı. Sofiya MOİK-i, Almaniya “Paderborn”u da eyni göstəriciyə malikdi.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30