28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Zaur Axundov: “Oyunun erkən başlamasını “CBC-Sport” istədi” (MÜSAHİBƏ)

“İnter”in Müşahidə Şurasının prezidenti Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi

- Komandanız Topaz Premyer Liqanın V turunda “Sumqayıt”la heç-heçə oynadı. Qələbəni əldən verməyinizə səbəb nə oldu?

- Çətin oyun oldu. Bilirsiniz ki, eyni heyətlə oynamağa məcburuq. Ehtiyat oyunçular skamyamız geniş deyil. Üstəlik, zədəlilərimiz də var idi. Bərabər səviyyədə oyun keçdi. Qələbə də qazana bilərdik. Yekunda 1:1-lik heç-heçə qeydə alındı. Artıq növbəti oyunları düşünməliyik.

- Havanın isti olmasına baxmayaraq, oyun 16:30-da start götürdü. Olmazdı ki, hava şəraitinə görə qarşılaşma heç olmasa 1 saat gec başlasın?

- Oyunun 16:30-da başlaması canlı yayımla əlaqədardı. Bildiyiniz kimi, “CBC-Sport” Premyer Liqanın bütün görüşlərini yayımlayır. Matçın belə vaxtda başlaması da məhz kanalın istəyi ilə idi.

- Deməli, “İnter Arena”nın projektorlarında problem olması haqda deyilənlər düzgün deyil?

- Xeyr, projektorla bağlı hər hansı problem yoxdu. Xatırlayırsınızsa, “Qəbələ” ilə oyunumuz gec saatda başlamışdı.

- Ehtiyat oyunçuların azlığını qeyd etdiniz. Qışda artıq “İnter”in transfer qadağası aradan qalxır.

- Bəli, qışda heyətimizi gücləndirəcəyik. Artıq bu baxımdan işlər görülür. Axtarışlar gedir, qışda güclənəcəyik.  

- Hazırda klubun prezidenti siz olsanız da, azarkeşlər “İnter”in bütün oyunlarını izləyən Rəşad Qasımovu daim dəstəkləyirlər. Hətta bu gün sabiq prezidentin lehinə “ən böyük başqan, bizim başqan” şüarını səsləndirdilər. Bu sizdə qıcıq yaratmır?

- Xeyr, mən belə şeylərə fikir vermirəm. Azarkeşlərimizə böyük hörmətim var. Mənim üçün əsas olan komandanın qələbə qazanmasıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31