20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycan - Çexiya oyununun biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.
 
Futbolxeber.az xəbər verir ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.
 
Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1-6, VİP yerlər üçün isə 50 manatdır.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" – “Roma” və Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, “Qarabağ”ın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30