29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Piast"ın baş məşqçisi: "Biz bu gün və sabah haqda düşünürük"

Sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Polşa təmsilçisi "Piast"ın baş məşqçisi Marçin Brosz oyunöncəsi mətbuat konfransı keçirib.

- Bakıda olduğuma görə çox şadam. Qonaqpərvərliyinizə görə sizlərə minnətdarlıq edirəm. Bilirəm ki, “Qarabağ”da yaxşı futbolçular oynayır. Biz də sabahkı oyuna yetərincə hazırlaşmışıq. Burda yaxşı nəticə qazanıb, evdə mərhələ keçməyə çalışacağıq.

- Polşa mətbuatına müsahibələrdə bir çox şeylərdən şikayətlənmisiniz. Bu, məğlubiyyəti sığortalamaq məqsədi daşımır ki?

- Bildiyiniz kimi, ölkələrimiz arasında havanın temperaturunda fərq var. Yetərincə hazırlaşmışıq. Bu, bəhanə deyil.

- İki futbolçunuz Bakıya gəlməyib. Bunu problem sayırsız?

- Onlar gəlməsə də, heyətimizdə yetərincə hazır futbolçular var. Onlara şans verəcəyik ki, özlərini göstərsinlər.

- “Qarabağ”ın oyun üslubu haqda nə deyə bilərsiniz?

- Rəqibimiz əvvəl də Avropa Liqasında iştirak edib. Komandanın heyətində çoxlu güclü futbolçuları var. Onlar Azərbaycan millisində də oynayırlar. Bundan əlavə, Albaniya yığmasında oynayan Admir Telinin də güclü futbolçu olduğunu qeyd etmək lazımdır. Kapitan Rəşad Sadıqovun “Qarabağ”da olmağı ona güc verir. Onun millidə çox oyun keçirməyi bunun göstəricisidir. Yarımmüdafiənin sol cinahında oynayan Reynaldo hücuma böyük dəstək verəcək.

- Bakıdakı oyunda hansı nəticə sizi qane edəcək?

- Rəqibə hörmətlə yanaşırıq. Ancaq Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirik.

- “Qarabağ”ın 2 il öncə “Visla”nı mübarizədən kənarlaşdırmağı sizi çəkindirmir?

- Biz bu gün və sabah haqda düşünürük. Keçmiş bizi maraqlandırmır. Biz optimistik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31