25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Panatinaikos”u keçməyin real olduğunu düşünsəydim..."

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib.  Futbolxeber.az saytı həmin müsahibəni ixtisarla təqdim edir.
 
- Vaxt tez gedir. Sanki dünən “Çernomorets”lə avrokubokda çıxış edirdiniz. Artıq demək olar ki, 3 ilə yaxındır Azərbaycanda işləyirsiniz...
 
- İşdə bunu hiss etmirsən. Amma düşünəndə görürsən ki, doğrudan da, vaxt tez gedir.
 
- “Qəbələ” ilə bu mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bilmədiniz. Yəqin ki, bu sizi çox məyus edir...
 
- “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Çünki Polşa komandası həmin vaxt güclü və yaxşı təşkilatlanmış idi. Elə alındı ki, “Qəbələ” rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. Mən gördüm ki, bu, komandam üçün maksimum nəticə idi.
 
- Oyunlar zamanı futbolçulara hansı dildə tapşırıqlar verirsiniz?
 
- İki futbolçum rus dilində başa düşmür. Onlara köməkçilərim yardım edirlər. Əcnəbilərə isə sadə şeyləri ingilis dilində anlada bilirəm.
 
- “Çernomorets”i izləyirsizmi?
 
- Diqqətlə izlədiyimi deməzdim. Amma komandanın nəticələrindən xəbərim var. Bir neçə görüşlərinin icmalına baxmışam. Lakin “Çernomorets”in oyunu haqda ümumi təsvir vermək mənə çətindir.
 
- Ukraynada olduğu kimi, Azərbaycanda da əsas prioritet avrokuboklardır?
 
- Ola bilər. Bunu azarkeşlərin oyunlara olan marağı ilə izah edə bilərəm. Stadionlarda anşlaq, demək olar ki, Çempionlar Liqası, Avropa Liqası görüşlərində və milli komandanın matçlarında olur.
 
- Kiyev “Dinamo”sunun Avropa Liqasındakı rəqibi “Skenderbeu” ilə vaxtilə “Çernomorets”in çalışdırıcısı kimi qarşılaşmısınız. Həmin matçı məşqçilik karyeranızın ən dramatik oyunu adlandırmaq olar?
 
-Bəli. Amma yaxşı sonluqla başa çatmışdı (gülür).
 
- Qələbə sayəsində "Çernomorets"lə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldiniz. Albaniya klubu ilə penaltilər seriyasının xatırlayırsınız?
 
- Bəli. Belə görüşlər həmişəlik yadda qalır (qol.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30