20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əliyar Ağayev Portuqaliyada heç-heçəyə şahidlik etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş “Vitoriya” (Gimaraynş, Portuqaliya) - “Zalsburq” (Avstriya) matçını idarə edib.
 
Futbolxeber.az xəbər verir ki, ötən gecə İ qrupu çərçivəsində Gimaraynş şəhərində baş tutan qarşılaşmada tərəflər hərəyə 1 qol vurub, 1 xala razılaşıblar. Matçda hesabı 25-ci dəqiqədə Pedrao açsa da, 45-ci dəqiqədə Berişa qonaqları məğlubiyyətdən xilas edib. 
 
Azərbaycanlı referinin bu oyunda işi o qədər də çox olmayıb. Belə ki, Əliyar yalnız 90-cı dəqiqədə qonaqların futbolçusu Lyaytqebə sarı vərəqə göstərməklə kifayətlənib.
 
Qeyd edək ki, Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edibsə, əlavə hakim köməkçiləri Rəhim Həsənovla Orxan Məmmədov olub. Dördüncü hakim funksiyasını da Mübariz Həşimov yerinə yetirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30