28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimiz FİFA reytinqində gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, avqustla müqayisədə Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.
 
Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.
 
13 pillə geriləyən Azərbaycan millisi Syerra-Leoneni keçsə də, Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri qalıb. 
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib.  Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. “Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya “üçlüy”ə daxil olub. İlk "10-luq"da həmçinin, Argentina, Belçika, Polşa, İsveçrə, Fransa, Çili və Kolumbiya yer alıb.
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pillə irəliləyib. Çexiya isə 18 addım geri düşüb.
 
Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31