19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"ın legioneri: "Belə məğlub olmuşuqsa, bu, ümumi komandanın səhvidi"

Çempionlar Liqasının qrup mərhələsinin I turunda səfərdə "Çelsi"yə məğlub olan (6:0) "Qarabağ"ın ispan utbolçusu Migel Madeyra müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqidm edir. 
 
- "Çelsi"yə böyük hesabla məğlub oldunuz. Qarşılaşma haqda düşüncələrin necədir?
 
- Hər birimiz çətin oyun olcağını bilirdik. Daha yaxşı oynaya bilərdik, hər şey istədiyimiz kimi olmadı. Bu səhvlərdən nəticə çıxarmaq lazımdır. Belə oyunlar bizim üçün böyük təcrübədir. İrəli baxmalı və növbəti Çempionlar Liqası matçımıza qədər inkişaf etməliyik.
 
- Qolların bir neçəsini kobud səhvlərdən buraxdınız. Bununla bağlı nə deyə bilərsiniz?
 
- Mənə elə gəlir ki, konkret bir futbolçunu günahlandırmaq olmaz. Çünki "Çelsi" Avropanın ən güclü klublarından biridir. Əgər belə məğlub olmuşuqsa, bu, ümumi komandanın səhvidir.
 
- Necə düşünürsünüz, böyükhesablı məğlubiyyətdə Azərbaycan çempionatının səviyyəsinin aşağı olmasının rolu var?
 
- Aydın məsələdir. ƏIbəttə ki, çempionatlar arasında olan fərq də öz rolunu oynayır. Komandalar arasında büdcə fərqi də var. Başlanğıc həmişə çətin olur. Qarşıdakı 5 oyunda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq.

newsport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30