18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rauf Əliyev: “Şükür, dolanıram”

Azərbaycan milli komandasının sabiq üzvü, Albaniyanın “Kukesi” klubunun hücumçusu Rauf Əliyevin Futbol11.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Komandanın yeni transferi olsan da, həm Superkubok oyununda, həm də çempionatın start matçında əsas heyətdə meydançaya çıxdın. Qısa müddətdə bunu necə bacardın?
 
- İndidən tam olaraq əsas heyətdə yerimi  bərkitdiyimi deyə bilmərəm. Çünki “Kukesi”də məndən başqa 3 güclü hücumçu var. Ona görə də heyət uğrunda güclü mübarizə gedir. Hər bir hücumçunun özünəməxsus üstünlükləri var. Bütün bunları nəzərə alıb, güclü rəqabətin gedəcəyini söyləyə bilərik.
 
- “Tirana”ya qarşı keçirilən Superkubok oyununda məğlub oldunuz. Bunun əsas səbəbi nədir?
 
- Oyuna yaxşı hazırlaşmışdıq. Amma qarşılaşmanın əvvəlində planlarımız dəyişdi. Qırmızı vərəqə aldığımıza görə, oyun planı dəyişdi. Qırmızı vərəqə bizi pis vəziyyətdə qoydu. 25-ci dəqiqədən sonra daha ehjtiyatlı oynamağa başladıq. Heyətə yeni oyunçular qoşulub, məşqçilər də yenidir. Amma düşünürəm ki, bunlar məğlubiyyət üçün əsas səbəb deyildi. Əsas səbəb qırmızı vərəqə alıb, bir nəfər azlıqda oynamağımız oldu.
 
- Albaniya liqasında da debüt etdin. Debütünlə bağlı düşüncələrin necədir?
 
- Superkubok görüşündən sonra liqaya hazırlaşdıq. Qısa zaman ərzində toparlanmalı idik. Bunu bacardıq və ilk oyunu qalib başa vurduq. Qələbədə əməyim olduğu üçün çox sevinirəm. 
 
- Artıq bir müddətdir ki, Albaniyadasan. Azərbaycan və Albaniya futbolu və liqaları arasında nə kimi fərqlər var?
 
- Fərqlər var. Bu əsasən şəraitlə bağlıdır. Azərbaycan çempionatı şərait baxımından daha yüksək səviyyədədir. Amma  azarkeş baxımından Albaniya daha öndədir. Azarkeşlər oyunları daha çox stadiondan izləməyə üstünlük verirlər. Albaniya futbolunun xüsusi cəhətlərindən biri isə bərk futboldur. Hər oyunda sərt mübarizə gedir. Amma şərait baxımından Azərbaycan çempionatı daha üstündür. 
 
- Albaniya klublarının maliyyə durumu necədir?
 
- Albaniya çempionatında  10 komanda mübarizə aparır. Bu klublardan beşinin maliyyə durumu daha yaxşıdır. Transferlər edir, yaxşı işlər həyata keçirirlər. Şükür mənim də durumum pis deyil,  dolanıram.
 
- Legioner həyatı yaşamaq necə bir hissdir?
 
- Legioner həyatı yaşamaq xüsusi bir hissdir. Hər şeydən uzaqdasan. Dostdan, tanışdan, evdən-eşikdən uzaq olursan. Karyerana görə bütün bunları dəf etmək lazımdı. Futbol oynamaq, karyera qurmaq üçün bütün bunları gözə almışam. Xeyirlisi, görək necə olacaq?
 
- Necə bir şəhərdə yaşayırsan?
 
 
- Əsasən paytaxt Tiranada qalırıq, komanda burada məskunlaşır. Hər şey normaldır. Boş vaxtlarımda, danışa bildiyim, ünsiyyət qurduğum oyunçularla oturub, çay, kofe içirəm. Daha sonra evdə, internetdə olub, xəbərlərə baxıram, vaxtımı keçirirəm. Hərdən şəhəri də gəzirəm. 
 
- Belə görünür ki, əsas problemin, dil və ünsiyyətlə bağlıdır...
 
- Bəli, əsas problemim dil və mentalitetlə bağlıdır. Amma komandada türk və rus dillərində danışanlar  da var. Onlarla daha çox söhbət edirəm. Ümid edirəm ki, bu problemləri yoluna qoyacağam. 

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30