19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” daha bir futbolçunu transfer edir

Emin Mahmudovdan sonra “Neftçi” daha bir transfer reallaşdıracaq.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, Rəşad Sadiqovdu.
 
Mövsümlərarası fasilədə”Zirə”yə transfer olunan 34 yaşlı yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovla arasında yaşanan münaqişədən sonra komandadan kənarlaşdırılıb. Azad agent statusu ilə “ağ-qaralar”a qoşulacaq Sadiqovun yeni baş məşqçi Tərlan Əhmədovun istəyi ilə komandaya cəlb edildiyi bildirilir.
 
Qeyd edək ki, bu, Rəşadın “Neftçi” karyerasının 4-cü səhifəsi olacaq. Əvvəllər yarımmüdafiəçi 2003-2004, 2005-2008, 2012-2014-cü illərdə “Neftçi”nin şərəfini qoruyub və ümumilikdə keçirdiyi 145 oyunda 8 qola imza atıb.

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30