29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Səlahət Ağayev: "Neftçi" elə bir komanda deyil ki, gəlişinə peşman olasan"

"Neftçi"nin vitse-kapitanı Səlahət Ağayev Topaz Premyer Liqasının IV turuda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra müsahibə verib. Millimizin qapıçısı Sport24.az-ın oyunda olan əməkdaşının suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- Oyunu necə dəyərləndirərdin?
 
- İlk hissədə yaxşı oynamadıq, ikinci yarıda futbolçular özlərini toparladı. Ancaq qol vura bilmədik. Bəxtimiz gətirmədi. 
 
- Fasilədən sonra nəyin hesabına yaxşı oyun göstərdiniz?
 
- Komandada hər bir oyunçu peşəkardır. Məğlub olduğumuzdan hər bir futbolçu istəyirdi ki, hücuma atılsın. Baş məşqçinin də ikinci hissədəki əvəzləmələri bəhrəsini verdi. Komanda daha da irəli atılırdı. Ancaq qapıya yol tapa bilmədik
 
- Tərlan Əhmədovun baş məşqçi postuna gəlii üzərinizdə hər hansı bir təzyiq yaratmır?
 
- Yox, heç bir təzyiq yaratmır. Tərlan Əhmədov gəlirsə, xoş gəlir. Bir futbolçu kimi onunla da, Elşad Əhmədovla da, Elxan Abdullayevlə də işləmək mənim üçün xoşdu. 
 
- Ümumiyyətl, yeni baş məşqçinin gəlişi barədə sizə məlumat verilmişdi?
 
- Xeyr. Dəqiq bir məlumat verməyiblər. Mətbuatda görmüşdüm.
 
- Bu oyundan sonra Elşad Əhmədov "bu axırıncı oyunumdur" deyə sizinlə sağollaşdımı?
 
- Xeyr, elə bir şey olmadı. Bu oyunun ertəsi də məşqimiz var.
 
- Millidə komanda yoldaşı olan Emin Mahmudovun komandanıza gəlməyi barədə nə deyə bilərsən?
 
- Onu indi sizdən eşidirəm.
 
- Səncə. gələn baş məşqçi nə etməlidir ki, "Neftçi" oyansın? Komandanı bu çətin vəziyyətdən kim və necə çıxara bilər? Təcrübəli futbolçu kimi bu haqda nə düşünürsən?
 
- Hər bir baş məşqçinin öz oyun üslubu var.  Eləsi var ki, gəlir və heç nə edə bilmir. Sonda da komandanı atıb çıxıb gedir. Böyüklərdən də çox şey asılıdı. Komandanın üzərini necə deyərlər, "qara bulud" alıb. "Neftçi"yə gələndən futbolçu kimi özümü xoşbəxt saya bilmirəm. O mənada ki nə qədər uduzmaq olar? Nə qədər belə oynamaq olar? Çox acınacaqlı vəziyyətə düşmüşük. Hər oyuna yeni ümidlə çıxırıq...
 
- "İnter"dən "Neftçi"yə keçdinə görə peşmançılıq var?
 
- Xeyr, heç bir peşmançılıq yoxdu. "Neftçi" elə bir komanda deyil ki, gəlişinə  peşman olasan. Futbolda belə vəziyyətlər olur. Komandanı belə durumdan yaxşı və təcrübəli futbolçu çıxara bilər. Əlimizdən gələni edib bu vəziyyətdən çıxmalıyıq. Başqa yol yoxdu.
 
- Düşünürsənmi ki, təcrübəli futbolçu kimi hər bir futbolçu ilə bu barədə ciddi söhbət etməlisiniz?
 
- Hər biriylə fərdi söhbət etmişik. "Neftçi"də elə bir ab-hava yaranıb ki, oyuna çıxdıqda qalib gəlmək barədə psixoloji hazırlıq yoxdu. Qarşılaşmalar olub ki, özümüz toplaşaraq söhbətləşmişik. Bundan artıq nə edə bilərik ki? Bir nəfərin üzərinə düşməklə olmur. Pis oynayanda bütün komanda pis oynayır, yaxşı oynayanda da bəxtimiz gətirmir. 
 
- Söhbət etdiyiniz an legionerlərin üz ifadələrinə baxanda nə hiss edirsən? Onlar vəziyyətini qəbul edirlər. yoxsa "yola verirlər"?
 
- O da legionerdir, oynamaq istəyir. Onlarla da təkbətək söhbətləşmişəm. Bu durumun onlara da xoş olmadığını bildirirlər. Dərk edirlər ki, hazırki vəziyyət çox pisdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31