20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: "Hansısa oyunda “partlayacağıq”

“Danışmaq çox çətindir. Bunun səbəbi də komandamın zəif oyunu ilə bağlıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

“Kimyaçılar” Topaz Premyer Liqasının IV turunda öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

“İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə öz oyunumuzu itirdik. Keçən il oyuna necə başlayırdıqsa, elə də davam edirdik. Amma indi vəziyyət belə deyil. Bu problemləri aradan qaldırmaq üçün bizə çox lazımdır”.

- Bu gün qələbə qazansanız da, hücumda “dişsizlik” var idi. Bunun səbəbi nədir?

- Tam razıyam. Şanslarımız olsa da, dəyərləndirə bilmirik. İnanıram ki, hansısa oyunda “partlayacağıq”. Bu gün oyuna çox sürətli başladıq, bəlkə də qol vurmaq üçün tələsdik. Məşqdə etdiklərimizi həyata keçirə bilsəydik, böyükhesablı qələbə qazana bilərdik.

- Rəşad Eyubovun etirazı nə ilə bağlı idi?

- Rəşad oynamaq istəsə də, mən ona imkan vermədim. Futbol emosiyalı oyundu, etirazlarla razılaşmalıyıq.

- Sumqayıtda oyunlara azarkeşlər çox gəlsələr də, oturmağa yer tapa bilmirlər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Bu haqda düşünməmişəm. Mənə aid məsələ oldmadığı üçün cavab verməyə də çətinlik çəkirəm (futbol11.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30