29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Fariz Nəcəfov: “Dağıstanlıları, türkləri gətirib doldurublar milli komandalara”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov newsport.az-a müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, klub rəsmisi ilk öncə Topaz Premyer Liqasının IV turunda “Zirə”yə qarşı keçirdikləri oyundan (1:1) danışıb.

- Qarşılaşma gözlədiyimiz kimi gərgin keçdi. “Zirə” mövsümə yaxşı başlayıb, baxımlı futbol sərgiləyir. Matçın gedişatında iki futbolçumuz zədələnərək, əvəzləndi. Yekun nəticə istədiyimiz kimi olmasa da, son dəqiqələrdə məğlubiyyətdən qurtulmağımızı unutmaq olmaz.

-  Ancaq “Zirə”dən fərqli olaraq, “Qəbələ” ötən mövsümlə müqayisədə, heç cür öz oyununu tapa bilmir. Səbəbləri nədə görürsünüz?

- Bu suala baş məşqçi cavab versə daha yaxşı olar. Kənardan apardığım müşahidəyə əsasən deyə bilərəm ki, komandanın problemi nəticədədi, meydandadı. Kənar problemlərimiz yoxdu. Eyni zamanda, yəqin ki, diqqət yetirdiniz: meydandakı uşaqlardan üçü akademiyamızın yetirməsi idi. Bir tərəfdən bu, bizi sevindirsə də, digər yandan onların təcrübəsizliyi hər an səhvə yol verə biləcəklirini şərtləndirir. Zənnimcə, heyətin tam oturuşması üçün bir qədər zamana ehtiyac var.

-  Nika Kvekveskirinin yeri hələ də görünür...

-  Saxlamaq mümkün olsaydı, bunu edərdik. Tək Nikanın deyil, oturuşmuş heyətdən kiminsə ayrılması təbii ki, özünü büruzə verir.

-  Yerli oyunçu qıtlığı göz qarşısındadı. Bu faktor “Qəbələ”yə maneə törətmir?

- Legioner limiti absurd qərardı. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Yerli futbolçu yenə də tapılmır. Meydana çıxıb rəqabətə davam gətirəcək azərbaycanlı futbolçu yoxdur. Limit nə üçün tətbiq olunub? Onsuz da bütün yaş qrupları üzrə yığma komandalarda legionerlər oynayır. Dağıstanlıları, türkləri, digərlərini ordan-burdan gətirib doldurublar millilərə. İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun. Bu rəqabətdə də yetişən 1-2 oyunçu olacaq ki, gələcəkdə normal futbol oynayacaq. Sən ha məcbur elə ki, 5 yerli futbolçu oynamalıdı. Yoxdu axı!.. Bu sözləri “Zirə”ylə oyuna əsaslanaraq danışmıram. Bəli, bu gün (dünən – red.) komandamız zəif oynadı, bununla tam razıyam. Amma söhbət ümumi yanaşmadan gedir. Məşqçi yerli futbolçu tapıb oynada bilmir.

-  Bu məsələni Klublar Komitəsində, AFFA qarşısında qaldırmısınızmı ki, limit məsələsinə yenidən baxılsın?

- Bəli, məsələni bir neçə dəfə qaldırmışıq və qeyd olunub ki, bu limit hələ 1 il də qüvvədə olan qərara əsasən tətbiq edilməlidir. Yalnız bundan sonra məsələyə yenidən baxıla bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31