24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Zaur Svanadze: "Bizim üçün mövsüm boyu çox çətin olacaq"

Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma meydanda “Kəpəz”ə qalib gələn (3:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- 3 xal qazandıq. Yaxşı ki qalib gəldik. Komandamın oyunundan razı qaldım. Yenə oyuna yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi “panika”ya düşdük. Niyə belə olduğunu bilmirəm. Rəqib standart vəziyyətlərdə çox güclüdü və bundan istifadə etdilər. 3 qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq. 
 
- Oyundan sonra futbolçulara nə dediz?
 
- Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var. Bunlar texniki problemlərdi, düzəltmək mümkündü. Öz üzərimizdə çalışmalıyıq. 
 
- Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi? 
 
- Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim. 
 
- Futbolçular oyun zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədi. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı.
 
- Bu məsələdə haqlısız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30