28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: "Məğlubiyyətə layiq deyildik"

Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “İnter”ə uduzan (2:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, Diniyev öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Belə oyundan sonra danışmaq çox çətindi. Komanda yeni formalaşıb. Yayda komandaya 15 yeni futbolçu qoşulub. Birinci dəstədən, əvəzedicidən komandaya cəlb olunan futbolçu çoxdu. Onların uyğunlaşması üçün vaxt lazımdı. Təəssüf ki, əldə etdiyimiz fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək oyunçu yoxdu. İlk 3 oyundan fərqli olaraq, bu matçda qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Ötən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik.
 
- Azər Məmmədovu əvəz etdikdən sonra oyunu tribunadan izlədi.
 
- Onu əvəzləməyimə səbəb heç də zəif oyunu deyildi. 2 qol buraxdıqdan sonra hücumameyilli oyunçu buraxmalı idim. Buna görə, Azəri əvəzlədim.
 
- İkinci hissədə Əliyar Ağayev sizə yaxınlaşıb xəbərdarlıq etdi. Sonra isə gülərək oradan uzaqlaşdı. Aranızda hansı dialoq yaşandı?
 
- Mən heç vaxt qaydaları pozmuram. Həmin vəziyyətdə də ciddi bir şey olmamışdı. Sadəcə, xəbərdarlıq etdi. Oyun zamanı bir qədər emosional ola bilərəm. Lakin heç vaxt kimisə təhqir etmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31