19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AFFA çempionatın adını dəyişdirdi, limit tətbiq etdi

AFFA-nın inzibati binasında Topaz Premyer  Liqasında çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, “Qəbələ” klubunun nümayəndələrinin ölkə xaricində olması nəzərə alınaraq, telefon bağlantısı yaradılıb.
 
İclasda əsas müzakirə mövzusu 2017/2018-ci il mövsümündən başlayaraq U-19 Liqasında 6+5 limitinin (6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il təvəllüdlü) tətbiq olunması olub və bu barədə qərar qəbul olunub. Limitin tətbiqində əsas məqsəd müvafiq yaş qrupuna aid yığma komandanın Avropa çempionatının seçmə mərhələsində oyun təcrübəsi çox olan futbolçulardan təşkil olunması, onların mütəmadi olaraq oyunlarda iştirakını təmin etməkdir.
 
Bundan əlavə, UEFA-nın təcrübəsi əsas götürülərək U-19 Liqasının “Gənclər Liqası” adlandırılması təklif olunub və klub nümayəndələri tərəfindən dəstəklənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30