20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

DİQQƏT! Rövnəq Abdullayev, müdaxilə lazımdır

U-21-in uğursuzluğunun "günah keçisi" tapılıb: Yaşar Vahabzadə!

AFFA-nın rəsmi saytı bildirir ki, baş məşqçi qurumun baş katibi Elxan Məmmədova hesabat verib və qərara alınıb ki, müqaviləyə xitam verilsin və guya Vahabzadə öz istəyi ilə ayrılıb. Hələ guya bu haqda açıqlama da verib, məmnun halda deyib ki, səhv məndədir və s.

Bunlar doğru ola bilməz.

Ən əvvəl ona görə ki, Vahabzadənin istefa verməyi gözlənilmirdi. Prosesdə aşkar anormallıq var.  Baş məşqçi niyə baş katibə hesabat verməlidi?

Bununçün Məşqçilər Komitəsi var. Raport onlara verilməliydi, baş katib kimdir ki, baş məşqçidən hesabat istəsin? Bu, harda görülüb?

Baş katibə hesabat təqdim olunacaqdısa belə, bunu iki qurum istiqamətləndirməliydi:

1. Məşqçilər Komitəsi

2. İcraiyyə Komitəsi

Heç bir komitənin məsələdə rolu olmayıb. Elxan Məmmədovun Vahabzadəni millidən qovması faktı kimi dəyərləndirilməlidir bu.

Rövnəq Abdullayev bu məsələlərə diqqət eləməlidir. Bu cür hallar çoxdur. Baş katib medianın qabartdığı problemlərdə adətən, cavab olaraq, "İcraiyyə Komitəsi münasibət bildirməlidir/qərar verməlidir" deyir. Bəs bu dəfə niyə heç birinin qərarı və ya rəyi yoxdur?

Vahabzadənin birbaşa hesabat təqdim eləməsi və postundan ayrılması qayda pozuntusudur.

Aşağı yaş qrupları sahə olaraq monopoliyaya alınıb və burdakı proseslərdən kifayət qədər mənimsəmələr var.

Abdullayev bu məsələnin araşdırılması üçün komissiya ayırmalıdır. Ayırmayacaqsa, UEFA və FIFA-ya bütün yeyintilərinə dair şübhələrdən bəhs edən məktub yollamalı olacağıq. Çünki uşaq futbolunun inkişafı və digər layihələri maliyyələşdirən bu qurumlar analoji proseslərdə şəffalığa həssas yanaşırlar.

Bu cür hallar dəfələrlə təkrarlanır və hörmətli Abdullayev, siz qurum rəhbəri kimi heç vaxt müdaxilə eləmirsiniz. Bu isə haqlı şübhələrə yol açır. Görəsən, baş katibin səlahiyyət pozuntularından xəbəriniz yoxdur, yoxsa bilərəkdən göz yumursuz...

Bundan başqa, Məmmədovun "İcraiyyə Komitəsi" bəhanəsinə aid onlarla dəlil var ki, bu məsələlər də araşdırılmalıdır. Məsuliyyət isə AFFA-nın prezidenti olaraq, hörmətli  Rövnəq Abdullayev, sizin üzərinizdə qalacaq.

Elçin Cəlilov, futbolpress.az     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30