20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Legionerləri məcburiyyətdən gətiririk"

21 yaşadək futbolçulardan ibarət mili komandamızın baş məşqçisi Yaşar Vahabzadə AVRO-2019-un seçmə mərhələsində İrlandiyaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına gör, təcrübəli mütəxəssis ilk öncə qarşılaşma barədə fikirlərini açıqlayıb:
 
- İsraillə oyundakı məğlubiyyətdən sonra futbolçular özlərini yaxşı göstərməyə çalışdılar. İlk hissədə də yaxşı oynadıq. Amma 2 səhvdən qol buraxdıq. Heç uşaqlar belə səhv etmirlər. Qırmızı vərəqə də oyunumuza təsir etdi. Qırmızı vərəqədən sonra komandanın oyunu itdi. Çətinliklərlə üzləşdik.
 
- Gənclər millisində bu qədər əcnəbi futbolçu var. Əsas milliyə biz kimləri hazırlayacağıq?  
 
- Bunun səbəbi rəqabətin olmamasıdır. Mən də istəyirəm ki, yerli futbolçular çox olsun. Amma legionerləri məcburiyyətdən gətiririk. Bu yaşda yerli oyunçular azdı. Yerli futbolçular Premyer Liqada oynamırlar. Əvəzedicilərin çempionatının da səviyyəsini özünüz bilirsiz.
 
- Mahir Mədətovun oyunundan razı qaldız?
 
- Bəli, razı qaldım. Ayağında ağrılar olduğu üçün əvəz etdim. Çox istəkli idi. Amma tək Mahirlə hər şey həll olunmur.
 
- Qəbul edirsiz ki, bu, U-21 tarixin ən zəif komandasıdır?
 
-Məndən olsa, əcnəbi götürmərəm. Əgər futbolçumuz top saxlaya bilmirsə, topu rəqibə verirsə, mən ona nə edə bilərəm? Biz onlara ancaq taktiki göstərişlər veririk. Top məndə deyil, futbolçudadır. Bu səviyyədə futbolçularla Almaniya kimi rəqibə qarşı oynamaq çox çətindi. Bu futbolçuların Premyer Liqada oynaması lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30