Ölkə futbolu
"10 xal toplayıb tarixə düşəcəyik"
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində San Marino millisini qəbul edəcək oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Sabahkı oyunda hədəfimiz 3 xaldı. Ancaq bu oyuna hazırlaşmaq üçün vaxtımız çox az olub. Cəmi 3 gündü bu oyuna hazırlaşırıq.
- AFFA-nın “Facebook” hesabında sorğu keçirilir. “Heyətdə kimi görmək istərdiz” sualının cavabında bir çox istifadəçi Ramil Şeydayev və Ruslan Abışovun adını çəkir. Sabah onları meydanda görə biləcəyik?
- Azarkeşlərin bu sorğuya maraq göstərməsi xoşdu. Bu fikirlərin mənim seçimimə necə təsir göstərəcəyini sabah görəcəksiz.
- Norveçlə oyunda sanki komandada ruh düşkünlüyü var idi. Sabahkı matç üçün komandanı psixoloji cəhətdən hazırlaya bilmisiz?
- Deməzdim ki, Norveçlə oyunda əzmkar oyun göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Bəli, Norveçə qarşı son oyunlarda ən zəif oyunlarmızdan birini keçirdik. Ancaq futbol elədi ki, burda 1-2 oyunçu zəif oynayanda bu, bütün komandanın oyununa təsir edir. O ki qaldı, motivasiyaya, sabah qalib gələcəyimiz halda, 10 xal toplayıb Azərbaycan millisinin tarixində ən yüksək xal toplayacağıq. Futbolçular bunu bilir, buna görə, sabahkı qarşılaşmada motivasiyamızın yaxşı olacağını düşünürəm.
- Hamı sabahkı oyunda millidən yalnız qələbə gözləyir. Düşünmürsüz ki, bu amil komandaya əks təsir edə bilər?
- Bunun komandaya mənfi təsir göstərdiyini düşünmürəm. San Marino hələ ki, xal toplamayıb, sadəcə, bir qol vurublar. Buna görə bu komandaya qarşı oyunda milli üzərində təzyiq çox olur. Ancaq hamı başa düşür ki, 3 xal Bakıda qalmalıdı.
- Futbolçuların motivasiyasının yaxşı olduğunu dediz. Bəs sizdə necə? “Bursaspor”la danışıqlar, yayda klublarımızın avrokubok oyunları üçün Bakıya gəlməməyiniz belə düşünməyə əsas verir ki, sizin motivasiyanız yaxşı deyil...
- Bilmirəm niyə sizdə belə fikir yaranıb. Mənim də motivasiyam yüksəkdi. Məşqçi kimi çalışmaqdan, futbolda olmaqdan zövq alıram. Düzdü Norveçlə oyunda səhvlərimiz oldu. Ancaq bu artıq geridə qalıb. Motivasiyam olmasa, burda çalışmazdım.
- Sabahkı oyunda Tərlan Quliyevə şans verəcəksiz?
- Buna hələ ki, qərar verməmişəm. Onun mətbuat konfransına gəlməsi o demək deyil ki, sabah ona start heyətində şans verəcəm. Sadəcə, çalışıram ki, hər dəfə fərqli oyunçuları mətbuat konfransına gətirim. Tərlan “Neftçi”də də, “İnter”də də, mərkəz və sol cinah müdafiəçisi kimi çıxış edib. Bütün rəqiblərə hörmətlə yanışıram. Ancaq sabahkı oyunda müdafiədən çox, hücuma daha çox diqqət yetirəcəyik. Biz San Marino ilə ilk oyunda da favorit olduğumuzu sübut etdik. Sabah da belə olacaq. Onu deyə bilərəm ki, sabahkı oyunda Norveçlə oyunla müqayisədə 7 dəyişiklik edəcəm. Düzdü, Norveçlə matçda bir çox səhvlər etdik. Ancaq qarşıdakı oyunlarda bu səhvləri təkrarlamamağa çalışacağıq.
- 7 dəyişiklik olacağını dediz. Renat Dadaşova şans verəcəksiz?
- Ümid edirəm ki, sabah oyunun gedişi elə olacaq ki, ona bir neçə dəqiqə şans verəcəm.
- Sabahkı oyunda qalib gələcəyiniz halda 10 xal qazanacağınızı və bunun ölkə futbolunda rekord olacağını qeyd etdiz. Sizcə, doğrudan, Azərbaycan futbolu o vəziyyətdədi ki, 10 xala sevinməliyik?
- Bəli, bundan daha yaxşı futbol nümayiş etdirə bilərik. Elə danışırsız ki, sanki Avropa və dünya çempionatının final mərhələsinə vəsiqə qazanırıq. Oyun baxımından son aylarda millidə irəliləyiş var. Artıq daha baxımlı oyun nümayiş etdiririk. Seçmə mərhələdən öncə hamımızda belə inam var idi ki, 2-ci yeri tuta bilərik. Bu inamı sizə də aşıladıq. Ancaq bir neçə gənc oyunçunu milliyə cəlb etdik. Bu, gələcək üçün ümidli olmağa imkan verir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10:26
Azərbaycan Premyer Liqasında rekord təkrarlanıb