19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Olimpiakos”un futbolçusu "Qarabağ"da

“Qarabağ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Olimpiakos”un yarımmüdafiəçisi Tarik El Yunussini icarəyə götürüb. Norveç millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında “Qarabağ”da oynayacaq. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.
 
Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında oynayıb. Ötən ilin yayında isə El Yunussi “Olimpiakos”a transfer olunub. Norveç millisi ilə 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30