19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”dən iki heç-heçə

Cənubi Koreyada keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə yekun vurulub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin müvafiq yaş qrupu üzrə komandası turnirin son günündə iki qarşılaşma keçirib.

“Qırmızı-qaralar” öncə Yaponiyanın “Vejitto” komandası ilə görüşüb. 2:2 hesabı ilə başa çatan matçda Hüseynağa Səlimov və Sadiq Şəfiyev qol sevinci yaşayıb.

“Qəbələ” son matçında da sülhlə kifayətlənib. Təmsilçimiz Tailandın BCC klubu ilə heç-heçə edib - 3:3. Bu görüşdə Esqin Əhmədov, Hüseynağa Səlimov  və Okan Təhməzli qol vurub.

Turnirin qalibi adına isə Braziliyanın “Santos” klubu yiyələnib. İspaniya “Selta”sı 2-ci, yerli “Çunqmu” 3-cü yeri tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30