25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Təmkin Xəlilzadə: "Qələbə qazanmağa borcluyuq"

Sabah futbol üzrə millimiz Osloda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq. Baş məşqçi Robert Prosineçkinin milli düşərgəyə dəvət etdiyi futbolçular arasında son zamanlar ən xoş sözlərə layiq görülən Təmkin Xəlilzadə də yer alıb.
 
Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmaya bir gün qalmış gənc müdafiəçi Sport24.az-ın suallarını cavablandırıb.
 
- Adaptasiya ilə bağlı problemin yoxdu?
 
- Xeyr, hər şey əladı. Özümü yaxşı hiss edirəm.
 
- Milliyə dəvət alacağını gözləyirdin?
 
- Doğrudu, ötən mövsüm ölkədaxili matçların hamısında forma geyinsəm də, yığma komandaya dəvət almırdım. Ancaq ruhdan düşmür, əlimdən gələni edirdim ki, bu şərəfə layiq görülüm. Şükürlər olsun ki, indi milli komandamızın düşərgəsindəyəm. Ancaq dəvətlə iş bitmir. Bu, yolumun başlanğıcıdı. Görüləsi işlərim çoxdu.
 
- Çempionatda səni daim start heyətində görürük. Millinin heyətində isə mövqeyində Pavel Paşayev kimi təcrübəli futbolçu yer alır. Rəqabətə hazırsan?
 
- Karyeram ərzində heç bir rəqabətdən çəkinməmişəm. Bu dəfə də istisna deyil. Milli komandada heyətə düşmək üçün hamı bir əziyyət çəkirsə, mən bunun beşqatını etməliyəm. Üzərimdə gecə-gündüz işləməli və baş məşqçidən şans gözləməliyəm.
 
- Prosineçki səninlə təkbətək söhbət etməyib?
 
- Xeyr, hələ ki, belə bir hadisə yaşanmayıb.
 
- Millimiz seçmə tsiklə əla start götürsə də, son 3 oyundan məğlub ayrılıb. Bakıda məğlub etdiyimiz Norveç yığması ilə Oslodakı qarşılaşmadan nə gözləyirsən?
 
- Son iki matçda Norveçə uduzmamışıq. Sabahkı görüşdə də uğurlu nəticə üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Evə uğurlu nəticə ilə qayıtmaq istəyirik.
 
- İndiki vəziyyətdə qrupdan çıxmaq şanslarımızı necə dəyərləndirirsən?
 
- Açığı, şansımız o qədər də çox deyil. Çünki hər şey öz əlimizdə deyil. Bizim qalib gəlməyimizlə yanaşı, potensial rəqiblərimizin xal itirməsi də şərtdi. Amma buna baxmayaraq, hər oyunda əlimizdən gələni edəcəyik.
 
- Start heyətinə düşmək şansını necə dəyərləndirirsən?
 
- Bu sual mənə aid deyil. Qərarı Robert Prosineçki verəcək. Mən məşqimi edib, şansımı gözləyəcəm və bundan maksimum yararlanmağa çalışacam.
 
- San-Marinoyla oyun barədə nə düşünürsən? Yəqin razılaşarsan ki, qələbədən başqa yolumuz yoxdu...
 
- Həyatda 100 faizlik heç nə yoxdu. Ancaq qələbə qazanmağa borcluyuq.

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30