20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Böyükağa Hacıyev: “Qarabağ”ın albaniyalı futbolçuları rəqibə informasiya verib"

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev sabah Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçiriləcək oyundan öncə mətbuat konfransı keçirib.

- Rəqibi öyrənmişik. Məşqçilərimiz Avstriyada yoxlama oyunlarına baxıb. Rəqibə hörmətlə yanaşırıq. Əks təqdirdə özümüzə hörmət qoymarıq. Ənənəmizə sadiq olaraq qələbə üçün meydana çıxacağıq. Rəqib əsasən müdafiədən oynayır. İstənilən taktikaya qarşı istənilən taktika qoyub oynayacağıq. Biz baş sındırmayacağıq ki, rəqiblə necə oynayaq. Qoy, “Skenderbeu” bu haqda fikirləşsin. Mənə lazım olan fiziki hazırlıq Avstriyada verilib. Düzdür, bəzi futbolçular yorğunluğa görə hazırlıqda narazılığı vardı. Bu, varsa, deməli, komanda hazırlaşır. Bizdə vaxt azlığı problem idi. Uzağı 20-25 gün vaxtımız vardı. Buna görə Avstriyada ilk həftədə futbolçulara istirahət vermədim. Bəzi yoldaşlar 14-cü gündən sonra narahat idi. Çünki komanda yorulmuşdu. Onlara dedim ki, 4-5 gündən sonra komandanı görərsiniz və vaxt çatanda sözlərimi təsdiqlədilər. Fiziki hazırlığı düzgün verməsəydim, komanda ötən mövsüm 50 oyun keçirə bilməzdi. Sabit oyunumuz var, rəqabət yaratmışıq. Biz bəzi klublardan fərqli elə futbolçulara üstünlük veririk ki, bir yox, bir neçə mövqedə oynaya bilər. Məsələn, yeni transferimiz Kardozo. O, müdafiənin istənilən yerində, həm də dayaq yarımmüdafiəsində oynaya bilər. Həmçinin Nfor. Yeganə aldığımız hücumçu hollandiyalıdır. Onun adaptasiya ilə bağlı problemi var. Yeni legionerlər daha çox elastikdirlər. Ümid edirəm ki, Allah-təala sabah bizi sizin qarşısında peşman etməyəcək.

- Start heyətini özünüz üçün müəyyənləşdirmisiniz?
- Çox şükürlər olsun ki, prezidentimiz Sadıq Sadıqovun sayəsində ötən ilki heyəti qorumuşuq. Bir şeyi unutmayın ki, ispanlar dünya futboluna yeni səhifə açdı. Bir sıra futbolçular daim oynadı. Bizim itirdiyimiz yeganə futbolçu Kanalesdir. Onu gizlətmirəm ki, “köhnə qvardiya”ya üstünlük verəcəyəm. Məndə elə barometr cihazı yoxdur ki, yeni legionerlərin nə dərəcədə adaptasiya olduğunu ölçüm. İndi əsas heyəti deyə bilmərəm. Bu gün məşqimiz olacaq. Sabah özüm üçün müəyyənləşdirəcəyəm.

- Deməli, Kardoso ehtiyatda qalacaq?
- Mən bunu demədim. Heyəti açıqlamayacağam. “Qarabağ”ın albaniyalı futbolçuları Admir Teli ilə Ansi Aqolli rəqibə informasiya verib. Buna görə də mən gərək “Skenderbeu” qarşısısa yeni “Neftçi” çıxarım.

- Ötən ilki uğurdan sonra bunu təkrarlanmağı psixoloji gərginlik yaradır. Bunun aradan qaldırılmağı üçün məşqçilər nə edir?
- Futbolda təsadüflər olur. Ancaq bu, 1 oyun olar və daha çox istəklə qazanılır. Ancaq təsadüfən daim yaxşı oynaya bilməzsən. Əgər bu gərginlik yaşanacaqsa, biz məşqçilər korpusu niyə oturmuşuq? Mən komandada elə bir gərginlik görmürəm. Futbolçulara həmişə deyirəm ki, görsəniz, Böyükağa Hacıyev qorxur, siz də qorxun. General qorxa-qorxa ordunu döyüşə aparırsa, aparmasa yaxşıdır. Napoleon demişkən, yaralı əsgər ölənə kimi vuruşmalıdır. Bütün futbolçularımız komandanı arxasınca apara bilər. Biz ilk növbədə Albaniya çempionunu fikirləşməliyik. İstəyirəm ki, idman jurnalistikası üçün də material olsun, sizlərin üzünü ağ edək. Çalışdıq ki, ötən mövsüm Azərbaycan futbolunu Avropada biabır etməyək. Bu dəfə daha yaxşı oyuna sizlərə qədərincə material verməyə çalışacağıq. 

- Qapımıza qol vurulsa, səfərdə çətinlik olmayacaq?
- Futbola gözəllik verən qoldur. Siz fikirləşdiyinizi 1 həftədir düşünürük ki, ilk növbədə qol buraxmayaq, imkan daxilində çoxlu top vuraq. Albaniya kimi ölkələrin komandalar səfərdə 0:0 oynayırsa, yaxud 0:1 hesabı ilə uduzursa, evdə açıq futbola məcburdur. Mən də “Neftçi”yə qarşı açıq futbol oynayan komandaları alqışlayıram. “Neftçi”nin ən güclü silahı hücumdur. Bu il müdafiəmiz fərqlidir, ona bir az çox fikir vermişik. Müdafiəçilərimizə həddən artıq güvənirəm. Kimi heyət qoysam, ümidləri doğruldacaq. Albaniyada oyun burdakından asan olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30